Neftçilər prospektində yolun 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb

Neftçilər prospektində yolun 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb
12:18 24 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində dekabrın 24-dən etibarən asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektində (Hökumət evinin qarşısı) yolun 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan təmir işlərinin dekabrın 28-də yekunlaşacağı gözlənilir.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchiler_prospektinde_yolun_4_zolaginda_neqliyyat_vasitelerin_hereketi_mehdudlasdirilib-913909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR