FHN “Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı işlərini davam etdirir

FHN “Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşənlərin axtarışı işlərini davam etdirir
12:33 24 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışı işlərini davam etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FHN_Gunesli_yataginda_yanginin_sondurulmesi_ve_itkin_dusenlerin_axtarisi_islerini_davam_etdirir-913917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR