İki müsəlman ölkəsində Yeni ili qeyd etməyə qadağa qoyulub

İki müsəlman ölkəsində Yeni ili qeyd etməyə qadağa qoyulub
12:38 24 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Nihad Budaqov, AZƏRTAC 
İki müsəlman ölkəsində - Bruney və Somalidə Yeni ili qeyd etmək qadağan olunub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Bruneydə əhalinin böyük hissəsinin müsəlman olduğunu deyən bu ölkənin Sultanı Hassanal Bolkiah Bruneydə Yeni ili qeyd etmənin İslam ənənəsinə zidd olduğunu bildirərək qadağan edib. Ölkədə bu qadağaya riayət etməyənlərə 5 il həbs cəzası veriləcəyi açıqlanıb.
Somali hökuməti də Yenı ili qeyd etmənin Xristian adəti olması ilə əlaqədar qadağan edib. Somalidəki xristianlar bu bayramı yalnız evlərində qeyd edə biləcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iki_muselman_olkesinde_Yeni_ili_qeyd_etmeye_qadaga_qoyulub-913919

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR