Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bakı Sənaye Pedaqoji Kollecinin komandası XII Respublika Spartakiadasının qalibi olub

Date: 24 December 2015 13:08


Bakı, 24 noyabr, AZƏRTAC 
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələri arasında XII Respublika Spartakiadası başa çatıb. Spartakiadada 11 komanda və 628 tələbə iştirak edib. Bunlardan 247-si qız, 381-i isə oğlan olub.
AZƏRTAC xəbər verir ki, XII Respublika Spartakiadasının təqvim planına idmanın 6 növü daxil edilib. Atletika, şahmat, dama, voleybol, basketbol, stolüstü tennis üzrə yarışda qızlar və oğlanlar mübarizə aparıblar.
Ümumi komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə Bakı Sənaye Pedaqoji Kollecinin kollektivi qalxıb. Bakı 2 nömrəli Baza Tibb Kolleci ikinci, Bakı Neft və Energetika Kollecinin nümayəndələri isə üçüncü olublar.
Oğlanların mübarizəsində ən yaxşı nəticəni Bakı Sənaye Pedaqoji Kollecinin kollektivi göstərib. İkinci yeri Bakı Neft və Energetika Kolleci, üçüncü yeri isə Bakı 2 nömrəli Baza Tibb Kollecinin komandaları tutublar. Qızların yarışında isə ilk üçlükdə Bakı Sənaye Pedaqoji Kolleci, Bakı 2 nömrəli Baza Tibb Kolleci və Bakı Qida Sənayesi Kollecinin komandaları qərarlaşıblar.

Tags:  Bakı Sənaye Pedaqoji Kollecinin komandası XII Respublika Spartakiadasının qalibi olub


RƏYLƏR


Top news