Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Professor Rövşən Mustafayev” adına medalın təqdimetmə mərasimi keçirilib

“Professor Rövşən Mustafayev” adına medalın təqdimetmə mərasimi keçirilib

Date: 24 December 2015 13:08


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Professor Rövşən Mustafayev” adına medal və sertifikatların təqdimetmə mərasimi keçirilib.
Bu mükafat İnsan Hüquqları İnstitutu və professor R.Mustafayev adına Beynəlxalq Fond tərəfindən təsis edilib. Mükafat hər il ənənəvi olaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda araşdırmalar aparan və münaqişə barədə həqiqətləri dünya birliyinə düzgün şəkildə, təkzibolunmaz faktlarla çatdıran alimlərə təqdim olunur.
AZƏRTAC xəbər verir ki, təqdimetmə mərasimində institutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva bu elm müəssisəsinin alimlərindən Abbas İslamov və Rizvan Hüseynovun qəsbkar ermənilərin terrorla bağlı siyasətinin sübuta yetirilməsi istiqamətindəki səmərəli xidmətlərini vurğulayıb və onların “Professor Rövşən Mustafayev” adına medala və sertifikata layiq görüldüklərini qeyd edib.
Sonra müvafiq mükafatlar sahiblərinə təqdim edilib.

Tags:  Professor Rövşən Mustafayev adına medalın təqdimetmə mərasimi keçirilib



RƏYLƏR


Top news