Gənclər arasında taekvondo üzrə respublika birinciliyinin ikinci günündə yeddi idmançı qalib olub

Gənclər arasında taekvondo üzrə respublika birinciliyinin ikinci günündə yeddi idmançı qalib olub
14:13 24 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında taekvondo üzrə respublika birinciliyi davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirin ikinci gününün qalibləri müəyyənləşib. Oğlanların yarışında Cavid Məmmədov (48 kq), Nurlan Fətəliyev (59 kq), Ələsgər Əliyev (68 kq) və Mert Çiçek (73), qızların mübarizəsində isə Aliyə Zeynalova (44 kq), Zarema Şamxalova (46 kq), və Gülsüm Gültəkin (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib idmançılar ATF tərəfindən diplom və medallarla təltif ediliblər.
Respublika birinciliyində paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları 10 çəki dərəcəsində mübarizə aparırlar.











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_arasinda_taekvondo_uzre_respublika_birinciliyinin_ikinci_gununde_yeddi_idmanchi_qalib_olub-913954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR