ABŞ: "Heç bir ölkə mükəmməl deyil"

ABŞ: "Heç bir ölkə mükəmməl deyil"
14:46 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan parlamentinə ABŞ -la bütün münasibətlərin dayandırılması ilə bağlı qanun layihəsinin təqdim olunması ictimaiyyət tərəfindən qızğın müzakirə olunur.

ANS PRESS-in məlumatına görə, layihəyə əsasən ABŞ-la bütün siyasi və iqtisadi əlaqələrin kəsilməsi nəzərdə tutulur.

Bu layihəni Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı hazırlayıb.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, ABŞ və Azərbaycan arasında münasibətlərin kəsilməsi mümkün deyil:

“Amma bəzi hallarda ABŞ-ın bir sıra dairələri tərəfindən Azərbaycana qarşı haqsızlıqlar edilir. Məsələn, Dağlıq Qarabağ separatçıları sərbəst şəkildə ABŞ-da tədbirlər keçirə bilir. Həmçinin Azərbaycanda insan hüquqları və demokratiya sahəsində görülən işlər nəzərə alınmır. Bir müddət əvvəl isə ABŞ konqresmenin Azərbaycana qarşı qətnamə hazırlaması iki ölkə arasındakı münasibətlərə kölgə saldı”.


Aydın Mirzəzadə - millət vəkili


A.Mirzəzadə qeyd etdi ki, siyasi diskusiyalar formasında fikirlərin açıq şəkildə bildirilməsi Azərbaycanın hüququdur.

Millət vəkili Rasim Musabəyov isə bildirdi ki, bu qanun layihəsi heç bir komitələrdə müzakirə olunmayıb:

“Ümumiyyətlə Milli Məclisə göndərilən layihələr ciddi müzakirələrdən və dəyişikliklərdən sonra qəbul edilir. Bu layihənin qəbul olub – olunmaması ilə bağlı hər şey Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə yanaşmadan asılıdır”.


Rasim Musabəyov - millət vəkili

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-a qarşı sanksiyalar qəbul etmək Azərbaycanın xeyrinə addım olmazdı. O , hesab edir ki, belə bir qərar ABŞ – Azərbaycan münasibətlərini kəskinləşdirə bilər.

"Bu qanun layihəsinin qəbul edilməsi ABŞ –la enerji və digər sahələrdəki əlaqələrə zərbə vura bilər. Konqesmen Smitin qətnamə layihəsi ilə çıxış etməsi o demək deyil ki, Azərbaycan ABŞ-ın əleyhinə qərarlar çıxarmalıdır. Kristofer Smitin qətnaməsinin müzakirəyə çıxarılmasına hələ 1 ay var. Həmin vaxta qədər müvafiq addımlar atmaq olar”.



Elxan Şahinoğlu bildirdi ki, prezident İlham Əliyevin imzalaması nəzərdə tutulan əfv fərmanı , həmçinin ABŞ –dakı səfirliyimizin konresmenlərlə əlaqələri daha da sıx qurması və digər əməkdaşlıqları gücləndirəcək addımlar Smitin qətnaməsinin qarşısını ala bilər:


Elxan Şahinoğlu - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri


Bir neçə gün əvvəl ABŞ-ın Helsinki Komissiyasının rәhbәri, konqresmen "Kristofer Smit Azərbaycana qarşı sanksiyalar layihəsi hazırlayıb. Layihədə insan haqlarının durumu ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şәxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var.

Millət vəkili Rövşən Rzayev hazırladığı layihədə isə Birləşmiş Ştatlarla ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığa son qoyulması, İSAF çərçivəsində ƏfqanIstandakı əməliyyatlarda iştirakın dayandırılması, Birləşmiş Ştatların hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan olunması, Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması ilə bağlı müvafiq prosedurlara başlanmasına çağırış edilir.


Rövşən Rzayev - millət vəkili


ABŞ-ın Azərbaycandakı səfirliyidə hazırlanan qanun layihəsinə münasibət bildirib.

“Biz qanun layihəsini hələ görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq. Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması, təkmilləşdirilməsi sahələri davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa açığıq”,-deyə səfirlikdən ANS PRESS-ə bildirildi.

ABŞ demək olar ki, dünya iqtisadiyyatının çox hissəsinə nəzarət edir. Rusiya Krımı işğal etdiyi üçün ABŞ ona sanksiya tətbiq etdi. Hətta Rusiya kimi güclü dövlət belə ABŞ-a adekvat cavab verə bilmir.

Nəzərə almaq lazımdır ki, ABŞ ATƏT-in Minsk Qrupunu həmsədridir. Bu baxımda problemin həllinə böyük təsir edə bilən dövlətdir. ABŞ-la Azərbayacan arasındakı gərginlik Qarabağ münaqişəsinin həllinə təsir edəcəyi real görünür.


Dağlı Qarabağ və ətrafındakı rayonlar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368057

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR