Zaqatala və Astarada yeni məktəblər açılıb

Zaqatala və Astarada yeni məktəblər açılıb
16:58 24 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Zaqatala rayonu Yengiyan kənd və Astara rayonu Artupa kənd tam orta məktəblərinin açılış mərasimləri keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Zaqatala rayonu Yengiyan kənd tam orta məktəbinin açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Astara rayonu Artupa kənd tam orta məktəbinin açılışında isə təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib. Hər iki tədbirə yerli icra hakimiyyətlərinin rəsmiləri, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri qatılıb.
Açılış mərasimlərində çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycanın bütün bölgələrində yeni məktəblər inşa olunur, köhnə məktəb binaları əsaslı təmir edilir. Yeni tədris ocaqları vahid standartlar əsasında müasir təhsil sisteminin tələblərinə uyğun inşa olunur. Bildirilib ki, son 11 ildə Azərbaycanda 3 minə yaxın ümumtəhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Bu isə Prezident İlham Əliyevin təhsilə olan xüsusi qayğısını əks etdirir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zaqatala_ve_Astarada_yeni_mektebler_achilib-914034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR