Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstehlak səbətinin dəyəri öyrəniləçək

Date: 24 December 2015 17:23


Bakı, 24 dekabr, AZƏRTAC
İqtisadi proseslərin hansı istiqamətdə getməsi təbii ki, sosial sahəyə hər zaman təsir edir. Çünki əsas olan iqtisadiyyatdır, sosial sahə onun törəməsi kimi çıxış edir.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, müəyyən qədər sakitləşmə baş verməlidir, ondan sonra bazardakı qiymətlər müşahidə olunmalıdır. Bunların nəticələrinə əsasən, istehlak səbətinin dəyərinin necə dəyişməsi öyrənilməlidir.
Hazırda bu proseslərin nəzarətdə saxlanıldığını bildirən S.Müslümov deyib: “Mütəxəssislər bazarlarda müşahidələr aparırlar. Nəzərə almaq lazımdır ki, devalvasiya ilə Yeni ilin yaxınlaşması müəyyən qədər üst-üstə düşdü. Ona görə də Yeni il qabağı bazarlarda olan proseslər, formalaşacaq qiymətlər müəyyən qədər tam mənzərəni ortaya qoya bilməyəcək. Bu səbəbdən növbəti ilin ilk günlərində də bu prosesləri davam etdirməliyik”.

Tags:  İstehlak səbətinin dəyəri öyrəniləçək


RƏYLƏR


Top news