ABŞ 40 ildən sonra neftinin satış vaxtını açıqladı

ABŞ 40 ildən sonra neftinin satış vaxtını açıqladı
17:36 24 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ neft satışının vaxtını açıqladı. 40 ildən sonra ilk dəfə olaraq ABŞ nefti yanvar ayında Avropaya çatdırılacaq. Texasın “Enterprise Products Partners LP” energetika kompaniyası ixrac müqaviləsi imzalayaraq ABŞ-da son 40 ildə ilk neft ixracatçısı olub.

ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, müqavilə neft ixracına 1975-ci ildən qüvvədə olan embarqonun aradan qaldırılmasından dərhal sonra bağlanıb. Kompaniya yanvarın ilk həftəsində Cənubi Texasda hasil olunan 600 min barrel nefti Hyustondakı terminalda qəbul edib İsveçrəyə çatdırmalıdır.

“The Wall Street Journal” qəzetinin verdiyi məlumata əsasən, neftin alıcısı Niderlandın “Vitol Group” kompaniyasıdır.

Nəşrin fikrincə, ABŞ neft bazarında Səudiyyə Ərəbistanı, Rusiya və İranla rəqabət aparmaq iqtidarındadır. Eyni zamanda, bu neftin əsas satış bazarı Avropa deyil, Cənubi Amerika ölkələri, xüsusən Meksika olacaq.

Amerika Birləşmiş Ştatları Konqresi bir neçə gün öncə gələn ilin büdcə layihəsini qəbul edib. Layihə imzalanmaq üçün prezident Barak Obamaya göndərilib.
Respublikaçılar Amerika neftinin ixracına qarşı qoyulan qadağanın aradan qaldırılması məsələsində də qalib gəliblər. Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.

Qeyd edək ki, ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.

Ekspertlər qeyd ediblər ki, Amerika nefti ilə Yaxın Şərqdə neftin qiymət fərqi az olduğu üçün Amerikanın bu regiona neft ixrac edəcəyi gözlənilmir. Neftin qiyməti son 11 ildə ilk dəfə ən aşağı səviyyəyə çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR