Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İtkin düşmüş neftçilərin ailələrinə 15 min manat verilir

İtkin düşmüş neftçilərin ailələrinə 15 min manat verilir

SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə maddi yardım göstərib (07 Mart 2017 15:13)
SOCAR həlak olan və itkin düşən neftçilərin ailələrinə pul verdi - SİYAHI (07 Mart 2017 14:37)
SOCAR həlak olmuş və itkin düşmüş neftçilərin ailələrinə yardımlar edib (07 Mart 2017 14:32)

Tarix: 24 Dekabr 2015 18:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamının icrasını təmin etmək məqsədi ilə dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən SOCAR əməkdaşlarının hər birinin ailəsinə dövlət tərəfindən 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilməsi qərara alınıb.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 24-dən etibarən bu yardımların, eyni zamanda həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə başlanılıb. Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq.

Milli.Az


Teqlər:  İtkin düşmüş neftçilərin ailələrinə 15 min manat verilir



RƏYLƏR


Top xəbərlər