Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BDU-da ən yaxşı tələbələr seçilib

Date: 24 December 2015 18:58


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən ən yaxşı tələbə müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov qalib tələbələri təbrik edib, onlara beynəlxalq olimpiadalarda daim bayrağımızı uca tutmağı arzu edib.
Sonra BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə hazırlanan "Sabaha İlhamla" adlı videoçarx nümayiş olunub, müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
 

Tags:  BDU-da tələbələr seçilib


RƏYLƏR


Top news