Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Mauqli”nin Yeni ilinə sayılı gün qalıb

“Mauqli”nin Yeni ilinə sayılı gün qalıb

Date: 24 December 2015 19:48


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni il karnavalına start veriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, gənc yazar Pərvin Nurəliyevanın “Mauqli” pyesi əsasında hazırlanmış “Mauqlinin Yeni ili” bu mövsüm Gənc Tamaşaçılar Teatrının azyaşlı dostlarına hədiyyəsi olacaq.
Balacaların sevimli nağıl personajı olan Mauqlinin yeni il sərgüzəştlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Yeni il tamaşasında əsas obrazları gənc və istedadlı aktyorlar Zaur Əliyev (Dövlət Musiqili Teatr), Mirzəağa Mirzəyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Aydın Dəmirov, Eşqin Quliyev, Elgün Yəhyayev və başqaları ifa edəcəklər.
Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa 2016-cı ilin yanvar ayının
4-dək nümayiş olunacaq.
Bildirilib ki, yeni tamaşa ilə yanaşı hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta Baba və Qar Qız qarşılayıb, teatrın bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi hazırlanmış yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Mauqlinin yeni ili”ni izləyəcəklər.

Tags:  Mauqlinin Yeni ilinə sayılı gün qalıb


RƏYLƏR


Top news