“Gələcəyin binası”nın dəyəri 350 milyon dollardır

“Gələcəyin binası”nın dəyəri 350 milyon dollardır
19:58 24 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Ramiz Quliyev, AZƏRTAC 
Londonun cənub hissəsində inşası planlaşdırılan “Odalisk” unikal göydələnlərinin layihəsi təqdim olunub. Müxtəlif məqsədlər üçün istifadə olunan sahələrdən ibarət göydələnləri həm də “gələcəyin binası” adlandırırlar.
AZƏRTAC Arxinovosti saytına istinadla xəbər verir ki, “CZWG” şirkətinin memarı Pirs Qofun bu layihəsinin dəyəri 350 milyon dollar həcmində qiymətləndirilir.
“Guildhouse-Rosepride” korporasiyasının sifarişi ilə tikiləcək iki qülləli göydələnlərdən biri 35 mərtəbəli, digəri isə 51 mərtəbəlidir. Burada 25 min kvadratmetr ərazidə yerləşəcək 4 ulduzlu “İnterkontinental” mehmanxana, ofislər, trenajor zalları, 360 mənzil nəzərdə tutulub.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Geleceyin_binasinin_deyeri_350_milyon_dollardir-914154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR