Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni ili qeyd etmək sizin dininiz üçün təhlükəsizdir

Yeni ili qeyd etmək sizin dininiz üçün təhlükəsizdir

Date: 24 December 2015 21:32

Bir neçə il olduğu kimi, yəqin bu il də Yeni il ərəfəsində bir çox sosial şəbəkələrdə "bu profilin sahibi Yeni ili qeyd etmir" və ya Yeni ilin atributu sayılan Santa Clause-ın ( Şaxta Baba da demək olar) üzərində çarpaz xətt çəkilmiş şəkillərin mühazfizəkar sahibləri az sonra hücuma keçəcəklər. Həqiqətən də, əksər uşaqların marağına və sevinməsinə səbəb olan Şam ağacının qurulmasında, Yeni il şənliklərində iştirak etməkdə, Şaxta Babayla şəkil çəkdirməkdə hansı qəbahətlər və təhlükələr vardır? Məgər biz bu şənliklərə qatılıb, Şaxta Babanın hədiyyəsini alarkən sevinib, şam ağacını valideynlərimizlə birgə bəzyib böyümədikmi?

Hər hansı bir bayramın keçirilməməsi üçün onun dindəki dəlilinə baxmaq lazımdır. Yeni ilin bayram kimi qeyd olunmasının haramlığına dair İslamda heç bir dəlil yoxdur. Əgər bir bayram anti-İslam mahiyyəti daşıyarsa, başdan sona şirki əhatə edərsə,  içki və qadınlarla əylənmədən ibarət olarsa, o bayramın qeyd olunması qəti surətdə haram sayılardı.

Hər bir xalqın öz mədəniyyəti, adət-ənənəsi və bayramları vardır. Hər bir bayram isə dini, sosial və ya mədəni mahiyyət kəsb edər. Yeni il də bu gün bir çox sekulyar ölkələrdə dini mahiyyətindən daha çox sekulyar əhəmiyyət kəsb edir və Azərbaycan da daxil olmaqla bir neçə sekulyar müsəlman ölkələrində bu bayram qeyd olunmaqdadır. Hicri təqvimə görə müsəlmanların yeni ili Məhərrəm ayının 1-dən başlayır. Lakin dinimiz İslam olsa da, dünyəvi ölkə olduğumuza görə Yeni ili məhz xristian təqviminə görə qeyd edirik.

Müsəlman, lakin sekulyar ölkələr bu bayramı yeni ilin gəlişi, təqvimin dəyişilməsi niyyətiylə qeyd etdikləri halda, Xristianlar özləri isə bugünü "Tanrının oğlu" İsa Peyğəmbərin mövludu kimi qeyd edirlər. Əgər müsəlmanlar da bu bayramı həmin niyətlə qeyd edərlərsə, o zaman bu bayramın keçirilməsi haram olardı. Xristianlarin Isanin movludu kimi qeyd etdikleri gun (Christmas) yanvarin 1-i deyil. Katolik və Protestanlıqda Milad bayramı dekabr ayının 25-i, Provoslavlıqda isə yanvarın 7-dir. Yəni, yeni ilin hal-hazırda dinlə heç bir əlaqəsi yoxdur. Biz müsəlmanlar, Quranın diliylə desək, "Allahın Peyğəmbərləri arasında heç bir fərq qoymuruq" (Bəqərə, 285) və onların yalnız Peyğəmbər olduğunu qəbul edirik.

İldə bir neçə dəfə (digər bayramları da nəzərə alaraq) qohumların bir yerə yığılmasında, deyib-gülməsində, bir neçə növ təamları dadıb Allaha şükür etməsində, zərərdən daha çox fayda və gözəllik vardır. Əgər bugün uşaqlarımızı Yeni ilin alternativi sayılacaq İslam çərçivəsində hər hansı bir düşərgələr və ya şənliklərlə daimi sevindirə bilməriksə, o zaman yalnız ildə bir dəfə qeyd olunan, heç bir dini əhəmiyyət daşımayan və uşaqların həsrətlə gözlədiyi Yeni İli qeyd etməyə mane olmamalıyıq.

"Əməllər niyyətlərə bağlıdır" (Buxari, Bədul-Vəhy, 1; Müslim, İmarə, 155). İnanan bir şəxsin niyyəti onun əməlindən gözəl olmalıdır, inanmayanın  niyyəti isə hər zaman əməllərindən daha pis olur.

islam.az


Tags:  Yeni ili qeyd etmək sizin dininiz təhlükəsizdir


RƏYLƏR


Top news