FHN işçiləri Həmkarlar İttifaqı Komitəsinin plenumu keçirilib

FHN işçiləri Həmkarlar İttifaqı Komitəsinin plenumu keçirilib
21:48 24 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçiləri Həmkarlar İttifaqı Komitəsinin plenumu keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, plenumda FHN işçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılov, nazirliyin aparat və qurumlarının həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.
Tədbirdə Mehman İsmayılov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, yarandığı gündən ötən qısa müddətdə komitə tərəfindən bir sıra tədbirlər həyata keçirilib, nazirliyin əməkdaşlarının mədəni istirahəti və asudə vaxtının səmərəli təşkili istiqamətində mühüm işlər görülüb. Nazirliyin əməkdaşlarının azyaşlı uşaqları üçün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il, Novruz bayramında şənlikləri təşkil edilib. Bundan başqa, Azərbaycan Gəncləri Günü, 8 Mart - Beynəlxalq Qadınlar Günü və digər bayramlar, həmçinin FHN-in yaradılmasının 10 illiyi münasibətilə bir sıra tədbirlər keçirilib. Vəzifə borcunu yerinə yetirməkdə xüsusilə fərqlənmiş və yubiley yaşı tamam olmuş əməkdaşlar FHN işçiləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Diqqətə çatdırılıb ki, FHN işçiləri Həmkarlar İttifaqı Komitəsi “Fövqəladə hallar uşaqların gözü ilə” V Respublika və birinci Beynəlxalq yaradıcılıq müsabiqələrinin təşkilində yaxından iştirak edib, nazirliyin qurumları arasında keçirilən bir sıra idman tədbirlərinə dəstək verib. Maddi durumu ağır olan və vəzifə borclarını yerinə yetirərkən xəsarət almış əməkdaşlara da maddi yardımlar göstərilib.
Sonda nazirliyin aparat və qurumlarının həmkarlar ittifaqı komitələrinin sədrlərinə FHN işçiləri Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FHN_ischileri_Hemkarlar_Ittifaqi_Komitesinin_plenumu_kechirilib-914185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR