Gözünə işıq gələn rayon

Gözünə işıq gələn rayon
23:41 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

"İşə baxmırlar. Gecə vaxtıdır, şalban da yıxıldı. Küləkdir, nəvəmdir, körpə uşaqlardır evdə. Necə olacaq?"

ANS PRESS-in şimal bürosunun məlumatına görə, Xacmazın yaşlı sakinin bu sözləri rayonun elektrik təsərrufatı ilə bağlı problemleri hərtərfli əks etdirir. Bu problemlər qış aylarında özünü daha cox göstərir. Yüngül külək və qarın təsiri ilə aşan qəzalı işıq dirəkləri həm insanların həyatı üçün təhlükə yaradır, həm də soyuq günlərdə əhalini işıqsız qoyur.

Xudat sakini Nüsrət Seyidov bu problemləri daha müfəssəl izah edir: "Yüksək voltajlı xətlər daha problemdir, qırıq-qırıqdır. Qırılır, yolun içinə düşür. Burda isə uşaqların, ailələrin, hamımızın getdiyi yoldur".

Artıq rayonda qış aylarında enerjinin fasilələrlə verilməsinin qarşısını almaq, elektrik təsərrüfatının yaxşılaşdırılması istiqamətində hazırda işlər aparılır.

Xaçmaz rayon İcra Hakimiyyətinin baçşısı Şəmsəddin Xanbabayev görülən işlərdən danışır: "60 km yaxın yeni işıq xətləri çəkilmişdir. 3000-ə yaxın yeni dirək quraşdırılıb. 2500 km yeni kabel çəkilib".

Bu işlər çərçivəsində rayonun Nabran qəsəbəsində yeni yarımstansiya istifadəyə verilib. Yarımstansiya 12 kəndin elektrik enerjisinin yaxşılaşmasına xidmət edəcək. 4 ay müddətinə inşa edilən iki yarımstnasıyanın inşasına 8 milyon manatdan artıq vəsait xərclənib.

Yarımstansiyanın açılış mərasimindən görüntülər:









Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368069

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR