Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Dəmirtaş bizə xəyanət etdi”

"Dəmirtaş bizə xəyanət etdi”

Date: 24 December 2015 23:57

Türkiyənin baş nazir Əhməd Davudoğlu HDP sədrinin Moskvaya səfərini və səfər zamanı verdiyi bəyanatları rüsvayçılıq adlandırıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Davudoğlu Səlahəddin Dəmirtaşın hərəkətlərinin millətə xəyanət olduğunu bildirib:

"HDP sədrinin Rusiyada, "Türkiyənin Rusiya təyyarəsini vurması səhvdir" deməsi tam bir rüsvayçılıq və xəyanətdir. Rus təyyarələrinin günahsız türkmənləri, ərəbləri, kürdləri Azezdə, Hələbdə, İdlibdə, Bayırbucaqda bombaladığı vaxtda qaça-qaça Rusiyaya gedib dəstək ifadə etmək, millətə xəyanət etməkdir. Bu, açıq bir rüsvayçılıqdır",-deyə Davudoğlu bildirib.

Qeyd edək ki, HDP sədri Rusiyaya səfər edərək, bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı Dəmirtaş Türkiyəni Su-24 təyyarəsinə görə ittiham edib.
Milli.Az


Tags:  Dəmirtaş bizə xəyanət etdi


RƏYLƏR


Top news