Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hindistanın baş naziri Putinə qılınc hədiyyə etdi

Hindistanın baş naziri Putinə qılınc hədiyyə etdi

Date: 25 December 2015 05:46

Hindistanın baş naziri Narenda Modi Rusiya prezidenti qılınc və Vladimir Putinə Mahatma Qandinin əlyazmasını hədiyyə edib.

ANS PRESS-in məlumatına görə, hədiyyəni baş nazir ölkə başçısına Moskvaya rəsmi səfəri çərçivəsində bəxş edib. Narenda Modi ötən gün Moskvaya rəsmi səfər edib. Onun bu səfərinin ikigünlük olduğu deyilir. Baş nazir artıq Vladimir Putin ilə görüşüb.

Rusiya mətbuatının verdiyi məlumatlara əsasən, görüş prezident iqamətgahında çay içməklə keçirilib. Çay içmə mərasimindən sonra şam yeməyi zamanı Hindistanın baş naziri Vladimir Putinə öz hədiyyələrini təqdim edib.


Hindistanın baş nazirinin Rusiya prezidentinə hədiyyə təqdim etməsi


Hədiyyələr Mahatma Qandinin XVIII əsr əlyazmaları və bir də qılınc olub. Buna səbəb kimi Rusiya prezidentinin 2007-ci ildə müsahibəsi zamanı etdiyi zarafat olub. Putin deyib ki, Mahatda Qandinin ölümündən sonra elə bir adam yoxdur ki, onunla danışsın. Elə bunu nəzərə alan baş nazir də bu əlyazmanı prezidentə gətirməyi düşünüb.

Ümumiyyətlə, iki ölkə liderləri arasında danışıqlıqlar 2000-ci ildən mütəmadi olaraq keçirilir. Hindistan və Rusiya ölkələri arasında ticarət dövriyyəsinin həcmi təxminən 10 milyard dollar təşkil edir.



Bu dəfəki danışıqlıqlar daha çox hərbi mövzuya həsr olunub. Hər iki ölkə hərbi-texniki əməkdaşlıq və atom enerjisi sahəsində, neft-qaz sahəsində iri layihələrin həyata keçirilməsini müzakirə etməyi planlaşdırırlar. Bundan başqa, dünyanın əsas problemləri və qarşılıqlı fəaliyyətlər də müzakirə olunacaq mövzular arasındadır.


Bu dəfəki Rusiya və Hindistan liderlərinin müzakirə edəcəyi əsas mövzular





Tags:  Hindistanın baş naziri Putinə qılınc hədiyyə etdi


RƏYLƏR


Top news