Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Neft 40 dollara yaxınlaşır

SOCAR: "Ceyhan nefti 70 faiz bahalaşıb" (01 Mart 2017 17:39)
Bu il İranın neft gəlirləri 50 mlrd. dollara çatacaq (11 Fevral 2017 21:12)

Tarix: 25 Dekabr 2015 05:56

Dünya birjalarında neftin qiymətindəki cüzi bahalaşma davam edir. ANS PRESS-in məlumatına görə, hazırda bazarlarda “Brent” markalı neftin qiyməti dünənə nisbətən bahalaşaraq 37.89 dollara çatıb.

“Texas” nefti növbəti dəfə “Brent” neftini üstələyib. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir bareli 38.10 dollar olaraq müəyyənləşib.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə ötən gün 0.54 dollar bahalaşaraq 37,47 dollar təşkil edib.

Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi bahalaşma ilə 1 qramı 34,59 dollar olub. Gümüşün qiyməti isə bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Milli valyutamız olan manatın məzənnəsi euro və dollar qarşısında öz dəyərini itirməyə davam edir. Mərkəzi bankın üzən məzənnəyə keçid haqqında verdiyi qərardan sonra dollarda 50 faizə yaxın bahalaşma qeydə alınıb. Ötən gün 1 ABŞ dollarının qiyməti 1.5528 AZN təşkil edib. 1 avro 1.6979, 1 rubl 0.0223 AZN olub.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi:


Teqlər:  Neft 40 dollara yaxınlaşır



RƏYLƏR


Top xəbərlər