Gəncədə birləşmiş uşaq xəstəxanasının pediatriya şöbəsi əsaslı təmir olunub

Gəncədə birləşmiş uşaq xəstəxanasının pediatriya şöbəsi əsaslı təmir olunub
11:08 25 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Gəncədəki 2 saylı birləşmiş uşaq xəstəxanasının ikinci pediatriya şöbəsi əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, 2 saylı birləşmiş uşaq xəstəxanasının ikinci pediatriya şöbəsi 25 çarpayılıqdır. Həkim, sarğı, fizioterapiya, masaj, idman otaqları və konfrans zalı yenilənərək, müasir avadanlıqlarla təchiz olunub.
Açılış mərasimində çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, insanların firavan həyatının təmin olunması sahəsində Prezident İlham Əliyevin xidmətlərini diqqətə çatdırıb. Elmar Vəliyev bildirib ki, Abbas Səhhət adına xəstəxana, infeksional xəstəliklər xəstəxanası, doğum evi və Perenatal Mərkəz də yaxın günlərdə istifadəyə veriləcək.
Çıxışlardan sonra şöbədə yaradılan şəraitlə tanışlıq olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_birlesmis_usaq_xestexanasinin_pediatriya_sobesi_esasli_temir_olunub-914224

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR