Bakı, 25 dekabr, AZƏRTAC
Pekin aeroportunda 200-dən artıq aviareys Çin paytaxtı üzərinə çökən tüstü dumanı səbəbindən təxirə salınıb və ya ləğv edilib.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, dekabrın 23-də Pekin hökuməti tüstü dumanı ilə əlaqədar ən yüksək - “qırmızı” həyəcan səviyyəsinin ləğv olunduğunu elan edib. Bu qərardan sonra avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, məktəblərin və uşaq bağçalarının fəaliyyətinin bərpa edilməsi gözlənilir.