Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bu il Azərbaycana gələn turistlərin sayında artım olmadı"

"Bu il Azərbaycana gələn turistlərin sayında artım olmadı"

Date: 25 December 2015 12:57

Bu il Azərbaycana gələn turistlərin sayında artım olmayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, dünyada baş verən ciddi iqtisadi və maliyyə böhranları nəticəsində bu il ümumilikdə dünya turizmində də artım müşahidə edilməyib.

Ə.Qarayevin sözlərinə görə, Rusiyanın turizm bazarında xaricə gedənlərin sayı 70 faiz azalıb. Azərbaycana gələn 2,5 milyon nəfər turistin təxminən 700-800 min nəfərini Rusiyadan gələnlər təşkil edirdi: "Əgər Rusiyada azalma 70 faiz olubsa, bizdə necə artım ola bilər? Bu mümkünsüzdür. Amma bizi sevindirən məsələ ondan ibarətdir ki, Azərbaycana ənənəvi deyil, yeni bazarlardan, xüsusilə də Körfəz, Avropa və Latın Amerikası ölkələrindən gələnlər var.

O bildirib ki, Azərbaycana turizm sərgilərində iştirak etdiyi ölkələrdən gələn turistlərin sayı artır.

Milli.Az


Tags:  il Azərbaycana gələn turistlərin sayında artım olmadı


RƏYLƏR


Top news