"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"
13:27 25 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Hazırda "Kəpəz"in burgə istismarı barədə təkliflər irəli sürülüb və bunun müzakirəsi aparılır. Ancaq, Azərbaycanın geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyəti onu Türkmənistandan üstün mövqeyə gətirir, belə ki, Azərbaycan Rusiya və Qazaxıstanla su sərhədlərini müəyyənləşdirib və dənizdə öz geoiqtisadi maraqlarına  uyğun addımlar atmaqda davam edir.

Göründüyü kimi, müəllifə görə, Xəzərin statusu ilə bağlı keçən illərdə bütün hövzə ölkələrinin maraqlarına toxunan və onların iştirakı ilə müzakirə olunan bir neçə əsas və qeyri-əsas yanaşma mövcud olub. Bunlardan ən çox diqqət çəkən dörd təklif aşağıdakılardır;

·        Azərbaycanın təklif etdiyi birinci yanaşmaya görə, Xəzər ətrafında yerləşən beş ölkənin milli ərazilərini birləşdirən, xarici su hövzələri ilə çay vasitəsilə əlaqəsi olan unikal bir dənizdir. Müvafiq olaraq BMT-nin "Dəniz hüquqları haqqında" Konvensiyasının bütün tələbləri onun statusunun müəyyən olunmasına və Xəzərətrafı ölkələrin milli hüquqlarının həyata keçirilməsinə tətbiq edilməlidir. Bu yanaşmaya görə dibi və səthi orta xətt prinsipi üzrə milli sektorlara bölünməli və hər bir ölkə öz sektorunda beynəlxalq hüquqa uyğun olaraq fəaliyyət azadlığı əldə etməlidir.

·        İkinci yanaşma Rusiya və İranın irəli sürdüyü və uzun illər mövqeyindən geri çəkilmək istəməyən yanaşma idi. Bu təklif tərəfdarları Xəzəri "qapalı su hövzəsi" adlandırır, hər hansı bir ölkənin öz iqtisadi zonasında müstəqil fəaliyyət göstərməsini qəbuledilməz sayır və bütün sahilyanı ölkələrdən su hövzəsinin "ümumi istifadəsi tələblərinə" əməl etməyi tələb edirlər.

·        Üçüncü təklif, İran tərəfindən irəli sürülmüş və Xəzərin beş bərabər hissəyə bölünməsini hədəfləyən, müəyyən məqamlarda Türkmənistanın da dəstəyini qazanmış mücərrəd bir layihə idi. Bu variant nəinki heç bir yerli və beynəlxalq hüquqa uyğun gəlmirdi, həm də mütəxəssislər tərəfindən "ümumiyyətlə reallaşdırılması coğrafi cəhətdən mümkün olmayan" təklif kimi dəyərləndirilib.

·        Nəhayət, dördüncü yanaşma, kompromis kimi Rusiya və İranın sonradan təklif etdiyi və yenə də heç bir beynəlxalq və yerli hüquqa söykənməyən "kompromis variant" adlanırdı. Bu varianta görə Xəzərdə hər bir sahilyanı ölkə 12 millik sahil zonası üzərində suveren hüquqa malik olur, bundan sonrakı 25 mil ərazi "iqtisadi zona" kimi qəbul edilir, dənizin ortasındakı qalan ərazilər isə beş sahilyanı ölkənin ümumi istifadəsinə verilirdi.

Qeyd etmək lazımdır ki, Xəzərin hüquqi statusunun müəyyən edilməsində tərəflər arasında gərginlik yaşansa da, zaman-zaman bu problem beynəlxalq hüquq normalarına uyğunlaşma dövrünü yaşayır və gələcəkdə,  şübhəsiz belə də həll olunacaq. Bu təkcə bizim arzumuz deyil, həm də günümüzün aktuallığıdır. Belə ki, Xəzərin hüquqi statusu ilə bağlı son real nəticəsi olan görüş 29 sentyabr 2014-cü ildə Rusiyanın Həştərxan şəhərində keçirilən Xəzəryanı dövlət başçılarının IV Sammitində baş tutub. Sammitdə Xəzərin statusu, hövzə ölkələri arasında regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə edilərək beş dövlətin başçıları siyasi bəyanat qəbul etmişlər.

Bu barədə Əli Həsənov öz kitabında yazır: "...Müddəalardan birində Xəzərin milli sektorlara bölünməsinin bəzi hüquqi tərəfləri ilə bağlı ölkə başçılarının ümumi yanaşması öz əksini tapıb. Belə ki, birgə bəyanatda ilk dəfədir ki, Xəzərin su səthinin sahildən başlayaraq orta xətt üzrə 15 millik məsafəsi ölkələrin suveren ərazəsi kimi təsdiq edilib, digər 10 millik ... məsafədə isə dənizin bioloji resurslarının ... hasilatı sahəsində dövlətlərin müstəsna hüququ təsdiqlənir.

Həştərxan bəyanatında, gələcəkdə Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında milli sektorlara bölünməsi zərurəti də öz əksini tapıb". (Bax. s. 594-595)

***

Üçüncü bölmənin ikinci fəsli "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın transmilli enerji ixracı sistemi: beynəlxalq, regional və yerli maraqlar, Azərbaycanın enerji ixracının şaxələndirilməsi siyasəti və onun  regionun  ümumi geoiqtisadi vəziyyətinə təsiri" adlanır. Digər bölmələrin fəsillərində olduğu kimi, müəllif bu fəsildə də obyektiv, dolğun və cəsarətli fikirlərinə sadiq qalır, yaxın keçmişin hadisələrin təhlilində hansısa dövlətin, yaxud "kiminsə xatirinə", "kimsə inciyər" prinsiplərindən uzaq geosiyasi, geoiqtisadi, hərbi-geostrateji regionun oyunçularından biri hesab edilən Azərbaycanın mövqeyini və maraqlarını ortaya qoyur, beynəlxalq hüquq normalarından və Azərbaycan qanunlarından kənara çıxmır, Xəzəryanı dövlətlərin hər hansı məsələyə münasibətində onlara şərh verir, çalışır ki, (buna da nail olur) subyektiv fikirlərə yol verməsin. Özünün də yaşadığı dövrü və içində yaşadığı hadisələri bildiyi, dərindən təhlil etdiyi üçün bu obyektiv və cəsarətli fikirləri onda alınır desək, yanılmarıq.

90-cı illərin əvvəllərində Xəzər hövzəsində və Cənubi Qafqaz regionunda yeni dövlətlərin yaranması ilə geosiyasi məkana yeni siyasi çalarlar gətirməklə yanaşı, bölgəyə həm də geoiqtisadi maraqların artmasına təkan verdi. Belə ki, bu yeni müstəqil dövlətlərin Xəzər dənizinin (söhbət təbiidir ki, təkcə Xəzər dənizindən getmir, bütövlükdə müstəqil dövlətlərin təbii ehtiyatlarından, onların istehsalından, istismarından, ixracından, səmərəli istifadəsindən gedir) karbohidrogen yataqlarına yiyələnməsinə və ondan öz maraqları çərçivəsində istifadə etməsinə şərait yaratdı. Elə bu dövrdən də başlayaraq region dövlətləri arasında, birinci növbədə Xəzərin hüquqi statusunda, daha sonra bu karbohidrogen ehtiyatlarının sərbəst şəkildə hasil etmək və dünya bazarlarına ixrac edilməsində, alternativ marşrutlara üstünlük verilməsində, müstəqil satış bazarına yiyələnməsində fikir ayrılığı meydana çıxdı. Burada hər bir dövlətin özünün, ya da tərəfdaşının, müttəfiqinin geosiyasi, geoiqtisadi maraqları olduğu üçün problemlərə bu kontekstdən yanaşmağa cəhd edilirdi.

Hörmətli professor, beynəlxalq tədqiqatçıların fikirlərinə əsaslanaraq qeyd edir ki, Orta Asiya, Xəzər dənizi və Cənubi Qafqazda həyata keçirilən və reallaşan enerji dəhlizi, ixrac marşrutu, kəmərlər siyasətinin bir neçə geosiyasi məziyyətini sadalayır.

Onlardan birincisi, Xəzər hövzəsi ölkələri daxilində, bölgənin enerji layihələrində, bu və ya digər şəkildə iştirak edən transmilli kampaniyalar və digər faktorlar arasında aşkarlanmış zəngin karbohidrogen yataqlarının kəşf edilməsi, işlənməsi, məhsulun dünya bazarlarına çıxarılmasında əlverişli və sərfəli marşrutların seçilməsi, satış bazarının dünya bazarına uyğunlaşması, qiymətinin müəyyənləşməsi, daha sonra tənzimlənməsi, Şərq və Qərb istiqamətində yeni ixrac kəmərlərinin çəkilməsi və bəzi məsələlərdə yaranan ciddi fikir ayrılıqlarından ibarətdir. Təbiidir ki, Azərbaycanın özünəməxsus neft-qaz ehtiyatlarından istifadəsi, geosiyasi və geoiqtisadi maraqlarına uyğun olaraq marşrutların seçilməsi, yeni şəraitdə, bu təkcə qeyd etdiyimiz məkanda deyil, həm də bütövlükdə Avrasiya regionunda enerji siyasəti üzrə qurulmuş yeni geosiyasi münasibətlərin yaranmasına gətirib çıxardı və bu səbəbdən də hər tərəfin maraqlarına uyğun olaraq iqtisadi bloklaşmanın yaranmasına təkan verdi. Belə vəziyyətdə hər bir blokun və onun maraq dairəsi üzrə həyata keçirilən aparıcı və köməkçi dövlətləri meydana çıxır.

Ardı var

Yunus Oğuz

Olaylar.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Mançester Siti”dən daha bir rekord transfer

24 İyul 2017 22:49

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

24 İyul 2017 22:47

"Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir"

24 İyul 2017 22:42

Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib - FOTO

24 İyul 2017 22:37

Yardımlıda qədim yaşayış yerləri aşkarlanıb

24 İyul 2017 22:36

Maşında kondisioner: komfort yoxsa təhlükə?

24 İyul 2017 22:32

Sərxoş qız bacısının ölümünü lentə aldı - VİDEO

24 İyul 2017 22:27

Azərbaycan neftinin SON QİYMƏTİ

24 İyul 2017 22:27

Rusiyada şaxtada partlayış baş verib

24 İyul 2017 22:17

24 ildir ki, işğalda qalan məscidin açarlarını özündə saxlayır - VİDEO

24 İyul 2017 22:17

İxtisas seçimində diqqətli olun - VALİDEYNLƏR, BUNU ETMƏYİN - VİDEO

24 İyul 2017 22:12

Merilin Monronun indiyədək üzə çıxmayan fotoları

24 İyul 2017 22:12

Mələklərin var olduğunu sübut edən görüntülər-

24 İyul 2017 22:12

Hamı çatmaqaş, hamı çələngli: Dünyanın Frida xoşbəxtliyi - FOTO

24 İyul 2017 22:05

Ən bahalı və ən ucuz ixtisaslar - VİDEO

24 İyul 2017 21:57

"Gəldik ki, yanğınsöndürənlər yaxınlaşa bilmir" - Xaçmazda yanan bazarın görüntüləri - VİDEO - FOTO

24 İyul 2017 21:57

Kosmik hotel layihəsi təqdim olunub

24 İyul 2017 21:52

Oğul övladı arzusunda olanlar -

24 İyul 2017 21:45

Bakıda faciəvi şəkildə ölən tələbənin FOTOSU

24 İyul 2017 21:42

Bakıda qeyri-adi küçə - VİDEO

24 İyul 2017 21:42

İsmayıllıda avtomobil oğurlandı

24 İyul 2017 21:38

Türkiyəli müğənni xəstəxanalıq oldu - FOTO

24 İyul 2017 21:37

Bakıda avtobus qəza törədib - FOTO

24 İyul 2017 21:32

Yardımlıda qədim yaşayış yerləri aşkarlanıb - FOTO

24 İyul 2017 21:32

AVRO-2017-nin biletləri satışda!

24 İyul 2017 21:29

İsveçrədə avtomatik mişarla insanlara hücum çəkən şəxsin adı açıqlanıb

24 İyul 2017 21:27

7 yaşlı uşağı it dişləyib

24 İyul 2017 21:27

Əməkdar artist: "Qızıma haqsızlıq etdilər, dözməyib onu sənətdən uzaqlaşdırdım" - FOTO

24 İyul 2017 21:22

Füzulidə su nasos stansiyasının yaxınlığında mina aşkarlanıb

24 İyul 2017 21:19

Daha bir türk serialı başlayır - FOTO

24 İyul 2017 21:17

Ağdamda 7 yaşlı uşağı it dişlədi

24 İyul 2017 21:14

Hollivud ulduzu qazaxların milli geyimində - FOTO

24 İyul 2017 21:12

Tanınmış teleaparıcı müğənniləri ifşa etdi: "Bu artıq naşükürlükdür" - FOTO

24 İyul 2017 21:12

Dünya şöhrətli Ququşun qohumu illərin SİRRİNİ açdı: "Bütün yaxınları ondan imtina etdi" - FOTO

24 İyul 2017 21:05

Reyd zamanı gərgin anlar - VİDEO

24 İyul 2017 21:05

Azərbaycanın stolüstü tennisçisi Avropa çempionu olub

24 İyul 2017 20:57

Pakistanda partlayış -

24 İyul 2017 20:57

10 min elektron kitabın təqdimatı olub

24 İyul 2017 20:52

Əfsanəvi üzgüçü akula ilə yarışdı və...

24 İyul 2017 20:48

Tarix İnstitutunda 10 min elektron kitabın təqdimatı olub

24 İyul 2017 20:46

IDC - Bakı regionda ən yaxşı "ağıllı şəhər" praktikasına nümunə ola bilər

24 İyul 2017 20:42

Füzulidə mina tapıldı

24 İyul 2017 20:39

Azərbaycanda heyvandarlığın inkişafına dair zona müşavirələri keçiriləcək

24 İyul 2017 20:37

Dağlar qoynundakı təbiət möcüzəsi: Buzluq kəndi - FOTOREPORTAJ

24 İyul 2017 20:37

Blogerlərin kriminal xəbərdə yer alan fotosu BAŞLARINA İŞ AÇDI

24 İyul 2017 20:33

Xaçmazda maşın 8 yaşlı uşağı vurdu

24 İyul 2017 20:29

Neft hasilatının azaldılması barədə sazişin müddəti uzadıla bilər

24 İyul 2017 20:28

"Yuventus" hücumçu alır

24 İyul 2017 20:27

Pakistanda bazarda partlayış: 25 ölü, 53 yaralı

24 İyul 2017 20:24

Bu adamın ayaqları hər kəsi şoka salır

24 İyul 2017 20:22