Ermənilərin uçan aparatı məhv edildi

Ermənilərin uçan aparatı məhv edildi
13:41 25 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Düşmənin pilotsuz uçan aparatı (PUA) məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanıb. Aparat bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

Bu son bir ayda Azərbaycan tərəfindən vurulan ilk erməni PUA-sı deyil. Ay ərzində ermənilərin ən azı bir neçə belə aparatı məhv edilib. Məsələn, dekabrın 9-da saat 9.00 radələrində erməni PUA-sı Tərtər rayonu istiqamətində vurulub. Qurğu Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Ermənistan Silahlı Qüvvələrinə məxsus DJI Inspire 1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.



Dekabrın 6-da erməni PUA-sı vurulub. Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR