"Finans Lizinq"in təmin edilməmiş istiqrazları Bakı Fond Birjasında yerləşdiriləcək

"Finans Lizinq"in təmin edilməmiş istiqrazları Bakı Fond Birjasında yerləşdiriləcək
13:43 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 25 dekabr, AZƏRTAC
"Finans Lizinq" ASC–nin faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının bu gündən etibarən Bakı Fond Birjası QSC-də (BFB) yerləşdirilməsinə başlanılacaq.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, emissiyanın həcmi 250 min ABŞ dolları, yerləşdiriləcək istiqrazların sayı 500 ədəd, bir istiqrazın nominal dəyəri 500 dollar, istiqrazların tədavül müddəti 1080 gün, istiqraz üzrə faiz dərəcəsi 14 faiz, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir. "Texnika Kapital Menecment" MMC anderrayter vəzifəsində çıxış edir.
"Finans Lizinq" ASC istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) Emitentlər" bölməsində yerləşdirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotFinans_Lizinq_quotin_temin_edilmemis_istiqrazlari_Baki_Fond_Birjasinda_yerlesdirilecek-914288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR