​Devalvasiya Azərbaycan futboluna necə təsir edəcək?

​Devalvasiya Azərbaycan futboluna necə təsir edəcək?
14:02 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Artıq bir müddətdir ki, futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublardan çoxu maliyyə problemləri yaşayır. "Report"un məlumatına görə, pulsuzluq ucbatından dağılan Zaqatalanın "Simurq", uzun müddət sponsor məsələsindən əziyyət çəkən "İnter" və əvvəlki büdcəyə sahib olmayan "Neftçi", AZAL və "Xəzər Lənkəran"ın vəziyyəti göz qabağındadır.
Ekspertlərin və mütəxəsislərin sözlərinə görə, son günlər dolların manata nisbətdə dəyərinin qalxması da Azərbaycan futboluna təsirsiz ötüşməyəcək. Buna səbəb klubların transfer və bir çox digər əməliyyatlarını xarici valyuta ilə həyata keçirməsidir.
Nəticədə devalvasiya komandaların xərclərinin artmasına gətirib çıxarır. Təbii ki, bu amil, əsasən, əcnəbi futbolçu və məşqçi cəlb edən komandalara mənfi təsir edəcək. Artıq komandalar bununla bağlı hər hansı addım atmağı planlaşdırır. Elitada çıxış edən klubların devalvasiyaya münasibəti, bununla bağlı hansı addımlar atacağı böyük maraqla gözlənilir. Çünki hər hansı komandanın öz legionerlərindən bir və ya bir neçəsi ilə sırf bu məqsədlə yollarını ayırması təəccübləndirici olmaz.
"Report" mövzu ilə bağlı klub rəhbərləri arasında sorğu keçirib.

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl futbolçularla olan müqavilələrin maliyyə tərəfləri barədə çox danışmaq istəməsə də, devalvasiyanın bütün biznes strukturları kimi, kluba da təsirini göstərəcəyini deyib: "Amma vəziyyətdən minimum itki ilə çıxmaq üçün mümkün olanı edəcəyik. Bu məqsədlə futbolçularla da danışacağıq".

"Qəbələ"nin baş meneceri Zaur Əzizov bildirib ki, devalvasiya yalnız futbolçu müqavilələrinə deyil, təlim-məşq toplanışı, idman inventarları, tibbi ləvazimatların alınması və bir çox digər məsələlərə təsirini göstərəcək: "İndiki halda nə dərəcədə təsir etmə ilə bağlı hər hansı fikir söyləyə bilməyəcəyəm. Yəqin ki, yaxın günlərdə bununla bağlı hər hansı göstəriş verilsə, dəqiq bilinəcək. Futbolçulara gəlincə, tək bizdə yox, istənilən çempionatdakı klubda xarici futbolçular azlıq təşkil etmir. Onlar bura manat qazanmağa gəlmir və öz ölkələrində də manat xərcləmirlər. Başa düşmək başqadır, amma başa düşüb nə edə bilərlər, əsas məsələ budur".

"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov təmsil etdiyi klubun öz xərclərinin yeni iqtisadi şərtlərə uyğunlaşması istiqamətində işlədiyini söyləyib: "Son dövrlər dünya bazarında neftin qiymətinin üç qat aşağı düşdüyünü nəzərə alsaq, manatın son bir ildə 98% devalvasiyasını təbii prosess kimi qiymətləndirə bilərik. Hazırda “Neftçi” öz xərclərinin yeni iqtisadi şərtlərə uyğunlaşması istiqamətində işləyir. Ümümiyətlə, bu durum əcnəbi oyunçuların çoxluq təşkil etdiyi bütün klublara təsir edəcək".
İqtisadçı-ekspert Vüqar Bayramov isə devalvasiyanın futbolçu alqı-satqısı ilə məşğul olan klublara ciddi təsir etməyəcəyini bildirib: "Bu məsələ yalnız idman sahəsinə deyil, xaricdən işçi dəvət edən, xarici şirkətlərlə əməkdaşlıq edənlərə də təsir edəcək. Əcnəbi futbolçularla danışıqlar avro və ya dollarla aparılır. Ancaq komandanın gəlirləri manatladır. Bura bilet satışı, yayım haqqı və digər gəlirlər daxildir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, futbolçuların transferləri də xarici valyuta ilə həyata keçirilir. Klub aldığı futbolçunu uyğun qiymətə sata bilirsə, həmin klubun itirmə imkanları xeyli daralır. Bu da riskləri məhdudlaşdırmaq imkanı yaradır. Bu səbəbdən düşünmürəm ki, idman klubları üçün ciddi bir itki olacaq. Çünki onların transfer imkanları genişdir". 

V.Bayramovun fikrincə, devalvasiya əsasən daim futbolçu alıb, onları satmayan klublara təsir göstərəcək. Ekspert vəziyyətdən çıxış yollarını da açıqlayıb: "Klublar özəl sahə olduğu üçün indiki zamanda kompensasiya imkanları xeyli məhduddur. İdmanın inkişafı baxımından dolayı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var. Burada xüsusi güzəştlərin tətbiqi, xərclərin bir hissəsinin kompensasiya edilməsi, eləcə də gəlir vergisi ilə bağlı güzəştlərin edilməsi mümkündür. Bu da imkan verə bilər ki, transfer edən, amma öz futbolçularını az satan komanda üçün mövcud riskləri sığortalamaq mümkün olsun. Azərbaycan futbolunda kənar gəlir çox deyil. Əsas gəlir mənbəyi sponsordur. Daha məqsədəuyğundur ki, iş adamlarını da sponsorluqda maraqlı etmək üçün bu tip qaydalar həyata keçirilsin. Vergi güzəştləri tətbiq edilə bilər. Nəzərə alsaq ki, cəlb olunan futbolçuların gəlirləri yüksəkdir, gəlir vergisində də güzəşt etmək olar. Belə olan halda da klub xərclərə qənaət etmiş olur. Devalvasiya öhdəliyi dollarla, gəliri manatla olan klublara mənfi təsir edəcək. Ancaq gəlir və xərci manatla olanlara təsir etməyəcək. Burada xüsusən, borclanmadan söhbət gedir. Xarici borclar yerli valyuta ilədirsə, təsir etməyəcək".
Göründüyü kimi, vəziyyətdən çıxış üçün komandalar hər hansı addım atacaqlarını, iqtisadçı-ekspert isə həmin addımın nədən ibarət ola biləcəyini söyləyir. Qalan tək məsələ vəziyyətdən minimum itki və ya ümumiyyətlə itkisiz çıxmaqdır. Əks təqdirdə, daha bir neçə klubun yaşamaq uğrunda mübarizədə aciz qalaraq dağılmasına şahidlik edəcəyimiz istisna deyil...

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Prosineçki bukmekerdə 10 min uduzdu - FOTO

28 Aprel 2017 14:32

Proqnozlar Bürosu: Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq

28 Aprel 2017 14:32

"AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur"

28 Aprel 2017 14:32

AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb

28 Aprel 2017 14:32

Bakıda "Range Rover" yanıdı

28 Aprel 2017 14:29

Anasını boğaraq öldürdü: Yuxuda "əmr" verilib - VİDEO

28 Aprel 2017 14:28

"Turan"ın ilk prezidenti: "Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq?"

28 Aprel 2017 14:27

VƏHŞİLİK: Ayaqsız doğulan və ürəyində dəlik olan 10 yaşlı oğlanı döydülər - FOTO

28 Aprel 2017 14:27

XİN Qarabağa gedən musiqiçiləri "qara siyahı" salacaq

28 Aprel 2017 14:24

Silvestr Stallonenin cazibədar qızları ulduz oldu - FOTOLAR

28 Aprel 2017 14:23

Türkiyə prezidenti: “Terror qruplaşmaları NATO üzvüdür?”

28 Aprel 2017 14:22

Ata: "Ətrafdakılar sənin açıq-saçıq geyinməyini istəyir. Amma xahiş edirəm..." - VİDEO

28 Aprel 2017 14:22

"Həzi Aslanov" metro stansiyasında eskalator yenidən istifadəyə verilib

28 Aprel 2017 14:22

3558 azərbaycanlı xaricdə təhsil alıb - Dövlət Proqramı ilə

28 Aprel 2017 14:19

ABŞ - Şimali Koreya hərbi gəmiləri üz-üzə dayanıb

28 Aprel 2017 14:19

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qəbələyə yetişib

28 Aprel 2017 14:17

Rəisin otağından 11 əsir çıxdı - Gizli kamera tapıldı - VİDEO - FOTO

28 Aprel 2017 14:17

Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər

28 Aprel 2017 14:17

Dubaydan Qəbələyə aviareys açılır

28 Aprel 2017 14:17

Əcnəbi tələbələr bu üç universiteti daha çox seçir

28 Aprel 2017 14:14

Mövlud müsabiqəsinə Güney də qoşuldu

28 Aprel 2017 14:13

Ərdoğan: “Bunu etməsək yox olacağıq”

28 Aprel 2017 14:13

Oyun vaxtı pivə içən idmançılar diskvalifikasiya olundular

28 Aprel 2017 14:12

Fərqanə: "Mən buna “ustad şapalağı” deyərdim" - VİDEO

28 Aprel 2017 14:12

"MİDA"nın aktivləri 11 mln. manata yaxındır

28 Aprel 2017 14:12

Nigeriyada PARTLAYIŞ

28 Aprel 2017 14:10

"Sübut etsinlər, 10 milyonu ödəməyə hazıram", "sanki nazir olmuşam" - "Rabitə İŞİ"ndə İTTİHAMLAR

28 Aprel 2017 14:09

Dövlət Filarmoniyasının may ayı üçün tədbirlər planı açıqlanıb

28 Aprel 2017 14:07

Nigeriyada PARTLAYIŞ: hərbçilər həlak oldular

28 Aprel 2017 14:05

Velosiped sürürsünüz? Şlemi unutmayın - FOTO

28 Aprel 2017 14:05

Azərbaycanın "Eurovision" mahnısı ilə bağlı qalmaqal - Erməni müğənnidən iddia - FOTO

28 Aprel 2017 14:05

Qaraçı kassiri hipnoz edib 10 min rublu oğurladı - İNANILMAZ OĞURLUQ - VİDEO

28 Aprel 2017 14:03

Moskva görüşü öncəsi cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: düşmən itki verdi

28 Aprel 2017 14:03

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib

28 Aprel 2017 14:02

"Rabitə işi": "Üç təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib"

28 Aprel 2017 14:02

İndoneziya sahibkarları Azərbaycana səfər edəcək

28 Aprel 2017 14:02

"Qalatasaray"-dan Azərbaycana qurşaqdan aşağı zərbə

28 Aprel 2017 14:02

Cem Yılmazın yeni sevgilisinin kim olduğu bilindi - FOTOLENT

28 Aprel 2017 13:59

May ayında hava necə olacaq?

28 Aprel 2017 13:59

İngilis alim Azərbaycanda Qızıl medal aldı - FOTO

28 Aprel 2017 13:58

Mövsümün son turu

28 Aprel 2017 13:57

Türkiyəli müğənni öldürüldü

28 Aprel 2017 13:54

"Azərbaycan tərəfi bu raketi cavabsız qoymayacaq"

28 Aprel 2017 13:53

Almaniya prokurorluğu İŞİD üzvü olmaqda şübhəli bilinən suriyalı qaçqını saxlayıb

28 Aprel 2017 13:52

Facebook-da yeni rekord - "Ataların ən dahisi" - VİDEO - FOTO

28 Aprel 2017 13:52

Rövnəq Abdullayev: "SOCAR neft-qaz əməliyyatlarını bütün seqmentlərdə inkişaf etdirir"

28 Aprel 2017 13:52

Hadisə sevgilisi ilə bu vəziyyətdə göründü – FOTOLAR

28 Aprel 2017 13:48

İslamiadada kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmini üçün İşçi Qrup yaradılıb

28 Aprel 2017 13:47

Rusiyada iki azərbaycanlıya ağır cəza: 23 il həbs, 1,8 milyonluq təzminat

28 Aprel 2017 13:47

Nazir: "Azərbaycanda strateji məhsullara tələbatın yerli istehsalla ödənilməsinə nail olunub" - FOTO

28 Aprel 2017 13:47