Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çörəyin qiyməti dəyişib? - REPORTAJ

Çörəyin qiyməti dəyişib? - REPORTAJ

Date: 25 December 2015 14:05

Təxminən 3-4 gündür ölkədə dolların manata nisbətdə bahalaşması bu tendensiyanın bir çox sahələrə təsiri baxımından olduqca aktual bir məsələyə çevrilib. Amma hər bir vətəndaşın diqqət mərkəzində olan devalvasiyanın təsir etdiyi bir məsələ var. O da gündəlik ehtiyacımız, tələbatımız olan çörəkdir. Qiymətlərin bahalaşması çörəyin dəyərinə necə, təsir edibmi?!

Devalvasiya nəticəsində ölkədə unun qiymətində də artım olub. Təbii ki, unda bahalaşma varsa, deməli, çörəyin də qiymət artımı labüddür. Unun nə qədər bahalaşmasına gəlincə isə...
Fuad Məmmədov - satıcı: "26 manat 40 qəpik indi alışdır, 27 manat 50 qəpik isə satış. Əvvəl isə alırdıq 18 manat 50 qəpiyə, satırdıq 19 manat 50 qəpiyə".

Kənd Təssərrüfatı Nazirliyinin rəsmi açıqlamasına görə, bu il Azərbaycanda 2,9 mln ton taxıl istehsal edilib. Bunun da 1,7 mln tonu məhz buğdanın payına düşür. Bu isə o deməkdir ki, daxili istehsal hesabına təlabat 70-80 % ödənilir.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ölkədə taxıl ehtiyatının kifayət qədər olmasına baxmayaraq, xaricdən də məhsul idxal edilir. Məsələ ilə bağlı un istehsalı ilə məşğul olan sahibkarların da fikrini öyrəndik.

Arif Həsənov - sahibkar: "Biz buğdanı Rusiyadan, Qazaxıstandan aldığımız üçün və manata nisbətən dollarda da 50 % bahalaşma olduğu üçün təbii ki, bizdə də un məhsullarının qiyməti artdı. Bu isə o deməkdir ki, çörəyin də qiyməti qalxmalıdır. Hesab edirəm ki, bunu sıxışdırmağın heç bir mənası yoxdur. Çünki çörəyi sıxışdırsalar ki, qiyməti qalxmasın, bu dəfə çəkini aşağı salacaqlar. Çəki aşağı salmaq da elə qiymətin bahalanması deməkdir".
Artan un qiymətlərinin çörəyin dəyərinə də sirayət etməsi nəticəsində bahalaşma hələ ki, 10 qəpik civarındadır.

Mehman Rəhimov - alıcı: "Çörəyi 60 qəpiyə aldım. Bahalaşma olub".

Arzu Rəcəbov - alıcı: "50 qəpiyə aldığımız çörək indi 60 qəpikdir. 10 qəpik bahalaşdırıblar".
Çörək satışı ilə məşğul olanlar isə budəfəki artımı süni artım adlandırmırlar. Onların fikrincə, indiki durumda çörəyi bahalaşdırmamaq kimi şansları yoxdur.

Muxtar Əliyev - satıcı: "Əvvəllər unu 18-19 manata alırdıqsa, indi alırıq 27 manata. Hələ çörəyi 60 qəpiyə satıram, xərci borcunu ödəmir. Doğru şəkildə hesablansın, rəhbərlik necə məsləhət bilsə, o qiymətə də sataq".

Satış qiymətindən asılı olmayaraq, bizim üçün bərəkət rəmzi olan çörək hər zaman qiymətli olub. Məişət nitqimizdə onun müqəddəsliyini nəzərə alıb "çörək haqqı" andını içməyimiz də təsadüfi deyil. Çörəklə imtahana çəkilməmək dualarımızın şahı olub hər zaman. Təki çörəklə imtahana çəkilməyək. Axı atalardan qalma məsəldir, çörəksiz kişinin adı olmaz.

Milli.Az


Tags:  Çörəyin qiyməti dəyişib REPORTAJ


RƏYLƏR


Top news