AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələr üzrə hesabatı başlayıb

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələr üzrə hesabatı başlayıb
14:38 25 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının elmi bölmələr üzrə 2015-ci il üçün illik hesabatına həsr olunan yığıncaq keçirilib.
Tədbirdə şuranın sədri, dosent Famin Salmanov çıxış edərək deyib ki, ilk olaraq AMEA-nın Fizika-Riyaziyyat və Texnika, Biologiya və Tibb, eləcə də Aqrar Elmlər bölmələrinin Gənc Alim və Mütəxəssislər Şuralarının hesabat məruzələri dinləniləcək. O qeyd edib ki, 2014-cü il kimi bu il də Şuranın elmi və ictimai fəaliyyətində mühüm işlər görülüb və böyük nailiyyətlər əldə olunub.
F. Salmanov bildirib ki, elmin təbliği istiqamətində həm ənənəvi layihələr davam etdirilib, həm də yeni-yeni qeyri-ənənəvi layihələrə start verilib. Şura sədri 2015-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulan bütün tədbirlərin tam şəkildə həyata keçirildiyini və bu işlərdə ayrı-ayrı bölmələrə daxil olan institutların yerli şuralarının əhəmiyyətli rol oynadığını söyləyib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə hesabat məruzələri dinlənilib. Qeyd olunub ki, institutların yerli şuraları hesabat ilində müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. İl ərzində həm elmin təbliği, həm də həvəsləndirmə tədbirləri olaraq, müsabiqə, olimpiyada və bilik yarışların keçirilməsində fəallıq göstəriblər. İnstitut şuraları spesifik tədbirlər təşkil etməklə yanaşı, eyni zamanda, akademiyanın beynəlxalq və respublika əhəmiyyətli tədbirlərində də yaxından iştirak ediblər.
Sonra məruzələr ətrafında suallar cavablandırılıb, rəy və təkliflər bildirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_Genc_Alim_ve_Mutexessisler_Surasinin_elmi_bolmeler_uzre_hesabati_baslayib-914308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR