Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tacikistan prezidenti "millət lideri" oldu

Tacikistan prezidenti "millət lideri" oldu

Date: 25 December 2015 14:47

Tacikistan prezidenti Emoməli Rəhmon "Millət lideri" (Peşvoyi millət) adına layiq bilinib.

Milli.Az Tacikistan prezidentinin mətbuat xidmətinin saytına istinadən bildirir ki, prezident "Sülh və milli vəhdətin banisi - Millət lideri haqqında" qanunu imzalayıb.
Qanunu Tacikistan parlamenti yekdilliklə təsdiqləyib.

"Xovar" agentliyi bildirir ki, qanunda deyilir: "Bu ad Tacikistan Respublikasında konstitusion quruluşun, milli müstəqilliyin və vətənin ərazi bütövlüyünün möhkəmləndirilməsi, stabilliyin artırılması və demokratiyanın gücləndirilməsi məqsədilə təsis olunub".

"Millət lideri" xüsusi hüquqi statusa və immunitetə malikdir. Onun şəninə muzeylər, arxivlər və kitabxanalar yaradılacaq.

"Tacikistanın hakimiyyət dairələri bu qərarı qəbul edərkən ABŞ, Avropa ölkələri və Qazaxıstanın təcrübəsindən yararlanıblar", - mətbuat xidmətinin açıqlamasında deyilir.

Milli.Az


Tags:  Tacikistan prezidenti millət lideri oldu


RƏYLƏR


Top news