Mədəndə uçqun baş verdi, 25 nəfər dağıntılar altında qaldı

Mədəndə uçqun baş verdi, 25 nəfər dağıntılar altında qaldı
14:56 25 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+

Çində gips mədənində uçqun baş verib.

ANS PRESS-in Rusiyanın Tass agentliyinə istinadən verdiyi məlumata görə, Şandon əyalətində baş verən hadisə zamanı dağıntılar altında 25 nəfərin qaldığı bildirilir.

Gips mədənində uçqun səhər saatlarında baş verib. İlkin ehtimallara görə, qəzaya səbəb 4 bal gücündə zəlzələnin olmasıdır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Linyi qəsəbəsi ərazisindəki mədəndə həmin vaxt 29 nəfər işləyirmiş. Xilasedicilər dağıntılar altından 4 nəfəri sağ çıxara biliblər. Hazırda digər 25 nəfərin tapılması üçün 90 nəfərlik xilasedici heyətlə axtarış-xilasetmə işləri aparılır.


Hadisənin baş verdiyi ərazinin xəritəsi


Çində mədən qəzaları tez-tez baş verir. Tarixdə böyük tələfatla nəticələnən belə qəzalardan biri 1942-ci ildə olmuşdu. Çinin Liaoning əyalətində “Honkeiko” kömür mədənində baş verən həmin hadisəyə qaz və kömür tozunun qarışması səbəb olub. Partlayış zamanı 549 mədənçi həyatını itirmişdi. Sonralar aparılan tədqiqatlar zamanı məlum olub ki, mədənçilərin ölümünə səbəb olan əsas amil ventilyasiya sisteminin bağlanması və karbonmonoksit qazından zəhərlənmə olub.

Daha bir qəza Çinin Şanzi əyalətində, Laobaidong kömür mədənində 1960-cı il baş verib ki, bu zaman partlayış nəticəsində 684 mədən işçisi həlak olub. Bu faciə ilə bağlı sənədlərsə 30 ildən çox dövlət tərəfindən gizli saxlanılıb.

Göründüyü kimi, böyük sayda insan itkisi ilə nəticələnən mədən qəzalarının sayına görə Çin dünya ölkələri sırasında ön yerdə durur. Bu baxımdan, 2012-ci ildən sonra ölkədə mədənlərdə təhlükəsizlik tədbirləri artırılıb. Bu baxımdan son 3 ildə Çində həm mədən qəzalarının, həm də ölən mədənçilərin sayının təxminən 25 faiz azaldığı bildirilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR