Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin Yeni ili belə keçirəcək

Putin Yeni ili belə keçirəcək

Date: 25 December 2015 15:11

Rusiya prezidenti Vladimir Putin Yeni ili evdə keçirəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

"Ölkə başçısı ayın 30-dək işləyəcək, artıq onun iş qrafiki də planlaşdırılıb. Lakin ayın 31-də o, ənənəvi olaraq, öz evində, doğmaları və yaxınları ilə birgə bayramı qeyd edəcək", - deyə Peskov əlavə edib.

Dmitri Peskov onu da qeyd edib ki, gələn ilin yanvarın 6-dək prezidentin xüsusi iri tədbirləri olmayacaq, lakin ayın 5,6 və 8-də Vladimir Putin artıq iş başında olacaq.

Əslində, Rusiya lideri ötən il də Yeni ili öz evində, doğmaları ətrafında keçirib. Ümumiyyətlə, ötən il ölkədə baş verən vəziyyətlə bağlı Vladimir Putin ölkədən çıxmağı düşünməyib.


Dmitri Peskov - dövlət başçısının mətbuat katibi


Bu yaxınlarda ABŞ pezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama da Yeni il planlarından danışıb. O, prezidentə idmanla məşğul olmaq üçün alət hədiyyə edəcəyini bildirib. Birinci xanım qızlarına isə pul verəcəyini düşünür.

Onun sözlərinə əsasən, qızları istəmirlər ki, onlara lazım olmayan hədiyyə üçün anaları əziyyət çəksin, odur ki, ondan pul istəyiblər. Bu barədə məlumatı Mişel Obama “National Health System Children” xeyriyyə tədbirində iştirakı zamanı bölüşüb.


Mişel Obama xeyriyyə tədbirində

Tags:  Putin Yeni ili belə keçirəcək



RƏYLƏR


Top news