Xalça muzeyinin təqaüdə göndərilən direktoru danışdı

Xalça muzeyinin təqaüdə göndərilən direktoru danışdı
15:21 25 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Mədəniyyət və Turizm Nazirliyinin bu gün keçirdiyi kollegiya iclasında təqaüdə göndərildiyi elan olunan Xalça Muzeyinin direktoru Röya Tağıyeva ANS PRESS- ə danışdı.

1 yanvar 2016 -cı il tarixindən işinə xitam veriləcəyini deyən Röya Tağıyeva bu qərarla razılaşdığını bildirdi. Onun sözlərinə görə bu qərarı çoxdan gözləyirdi, hətta könüllü olaraq bu vəzifədən getmək istəyib.

"Bəli bu gün mən 71 yaşımla əlaqədar təqaüdə göndərildim. Nazir Əbülfəs Qarayev mənim əməyimi yüksək qiymətləndirərək haqqımda xoş sözlər dedi.Şöhrət ordeninə layiq görüldüyümü,70 illik fəaliyyətimi vurğuladı. Həqiqətən də mən ilk gündən bu muzeyin yaradılması, qorunub saxlanması üçün çox şey etdim. Muzeyi ən ağır dövrlərdən bu günə gətirib çıxardım.Oradakı eksponatlar hamısı mənə çox doğmadır. Amma indi çox rahatam, çünki muzeyi bütün tarixi ilə bu günümüzə kimi qoruya bildim."


Xalça muzeyi


Röya Tağıyeva bir müddət əvvəl nazirin ona verdiyi şiddətli töhmət barədə də danışdı.Rəhbərlikdən uzaqlaşdırılmasını töhmətlə əlaqələndirmədi, bunun həm də öz istəyi olduğunu bildirdi. O ,muzey ətrafında gedən şaiyələr görə işdən ayrılmasının bir qədər ləngidiyini dedi:

"Hər bir işdə qüsur olur, elə bir müəssisə yoxdur ki orda qüsur olmasın, qeydə alınan çatışmazlıqlar da adminstrativ xarakter daşıyırdı.Düzdür, buna görə töhmət aldım, amma bu məslələrin bu qədər böyüdüləcəyini düşünmürdüm. Başqa cür anlaşıldı və buna görə töhmət almalı oldum. Mən özüm həmin ərəfədə işdən çıxmaq istəyirdim. Sadəcə gözlədim ki, muzey ətrafındakı araşdırmalar bitsin,hər şey şəffaf şəkildə öz həllini tapsın ondan sonra gedim. Elə bu cür də oldu. Nəhayət ki araşdırmalar bitdi və hər şey aydınlaşdı.Bundan sonra özümü elmi işlərə həsr edəcəm."-deyə Röya Tağıyeva əlavə etdi.

Ə.Qarayev bu gün keçirilən kollegiya iclasında onu da vurğulayıb ki, Xalça Muzeyinin direktoru Röya Tağıyeva təcrübəli muzey işçisidir.

"Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək. Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır”.


Ə.Qarayev - mədəniyyət və turizm naziri


Xalça sənətinə həsr olunmuş 60-dan çox elmi əsərin, konsepsiyanın, layihənin müəllifi Röya Tağıyeva 6 yanvar 2015-ci il tarixində "Şöhrət" ordeni ilə təltif edilib. O həm də "Azərbaycan xalçası ensiklopediyası”nın müəllifidir. Artıq ensiklopediyanın birinci cildinin təqdimatı olub.Hazırda müəllif ikinci cildin işıq üzü görməsi üçün çalışır.



"Azərbaycan xalçası ensiklopediyası”nın birinci cildi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR