Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub

Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub

Date: 25 December 2015 16:03


Bakı, 25 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Fizikanın Müasir Problemləri” adlı 9-cu beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətini qeyd edərək bildirib ki, konfrans elmin müxtəlif sahələrində aparılan tədqiqatların səmərəliliyinin artmasına töhfə verəcək. Qeyd olunub ki, konfransa Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Pakistan, Monteneqro, Makedoniya və Polşanın aparıcı elmi müəssisələri və ali məktəblərindən 30-dək elmi məqalə göndərilib. Konfransın müxtəlif bölmələrində ümumilikdə 184 məruzə dinləniləcək.

Tags:  Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub


RƏYLƏR


Top news