"Avtovağzalın qarşısında çatlar genişlənəcək"

"Avtovağzalın qarşısında çatlar genişlənəcək"
16:32 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatların genişlənməsinin ekzogen-geoloji proseslə bağlılığı yoxdur. Ekzogen-geoloji prosesdə hər hansı aktivlik müşahidə olunmayıb.

Milli.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, ərazidə aparılan bərpa-gücləndirmə işləri ilə əlaqədar çatlarda genişlənmələrin olması qaçılmazdır:

"Ərazidə ağır texnika işləyir, qazma işləri aparılır. Aparılan işlərin təsirindən ərazidəki çatlarda müəyyən genişlənmə ola bilər. Ancaq "çökmə-sürüşmə baş verib" demək düz deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR