Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xaricdə yaşayan azərbaycanlıların elektron  müraciət proseduru açıqlanıb

Xaricdə yaşayan azərbaycanlıların elektron  müraciət proseduru açıqlanıb

Date: 25 December 2015 16:43


Bakı, 25 dekabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu üzrə inzibati reqlamenti təsdiqləyib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu xidmət xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının, diaspor təşkilatlarının, еləcə də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların ərizə, şikayət və təkliflərinin komitə tərəfindən elektron qaydada qəbulu, araşdırılması və cavablandırılmasını əhatə edir.
Elektron xidmət komitənin rəsmi saytında və “Elektron hökumət” portalında yerləşdirilib. İstifadəçi bu e-ünvanlardan birinə daxil olaraq e-xidməti seçir, açılan səhifədə tələb olunan məlumatları daxil etməklə müraciəti elektron imza ilə təsdiq edib müvafiq elektron ünvana göndərir. Sorğunun araşdırılması nəticəsində komitənin hazırladığı cavab “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla elektron formada istifadəçiyə göndərilir. Cavab istifadəçinin istəyindən asılı olaraq poçt rabitəsi vasitəsilə də təqdim oluna bilər. Müraciət baxılmamış saxlanıldıqda bu barədə istifadəçiyə məlumat verilir.
 

Tags:  Xaricdə yaşayan azərbaycanlıların elektron  müraciət proseduru açıqlanıb


RƏYLƏR


Top news