Doqquz yaşlı rəssamın fərdi sərgisi açılıb

Doqquz yaşlı rəssamın fərdi sərgisi açılıb
17:28 25 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Qax, 25 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Nicat Xəlilzadənin 9 yaşı var. Qax şəhərindəki 3 nömrəli tam orta məktəbin dördüncü sinfində təhsil alır. Rəssamlığa böyük marağı onu Qax şəhərindəki uşaq incəsənət məktəbinə gətirib çıxarıb. Məktəbin təsviri incəsənət şöbəsinin ikinci sinfində oxuyan bu istedadlı oğlanın çox maraqlı fantaziyası var. Onun əl işləri, çəkdiyi rəsmlər məktəb sərgilərində, rayon tədbirlərində nümayiş etdirilib. Ən böyük arzusu isə fərdi sərgi açmaq olub.
AZƏRTAC xəbər verir ki, balaca rəssam artıq öz arzusuna qovuşub. Qax rayon Rəsm Qalerayasında 9 yaşlı Nicatın ilk fərdi sərgisi açılıb. Sərgidə balaca rəssamın 20 əl işi və 20 rəsm əsəri nümayiş olunur. Onları seyr etdikcə Nicatın özünəməxsus rəsm dünyasının sehrinə düşürsən. Müxtəlif fiqurlardan ibarət əl işləri onun maraq dairəsinin zənginliyindən xəbər verir.
Açılış mərasiminə toplaşan incəsənət həvəskarları, rəssamın yaşıdları Nicatı ilk fərdi sərgisi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
Rayon mədəniyyət və turizm şöbəsi tərəfindən balaca rəssama fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.
Tədbir boyunca incəsənət məktəbi şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.










Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Doqquz_yasli_ressamin_ferdi_sergisi_achilib-914421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR