Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukrayna Milli Bankında yeni 500 qrivna nominallı banknot təqdim olunub

Ukrayna Milli Bankında yeni 500 qrivna nominallı banknot təqdim olunub

Date: 25 December 2015 17:53


Bakı, 25 dekabr, AZƏRTAC
Bu gün Ukrayna Milli Bankında təkmilləşdirilmiş müdafiə sistemli 500 qrivna nominallı banknotun təqdimatı keçirilib.
AZƏRTAC banks.ru saytına istinadla xəbər verir ki, 500 qrivna nominallı əsginazların dövriyyəyə buraxılması haqqında qərar bu il dekabrın 23-də qəbul edilib. Bu gün dövriyyədə 2006-cı il nümunəli 500 qrivna nominallı banknot var. Bu il dekabrın 1-nə dövriyyədə olan belə banknotların sayı 237 milyondan çoxdur.
Yeni banknotlar 2016-cı il aprelin 11-də dövriyyəyə buraxılacaq. Banknotun üz hissəsində Qriqori Skovorodun portreti, arxa tərəfində "Kiyev Mogilyan Akademiyası" Milli Universitetinin binasının şəkli təsvir olunub. Yeni əsginaz bej rəngdədir.

Tags:  Ukrayna Milli Bankında yeni 500 qrivna nominallı banknot təqdim olunub


RƏYLƏR


Top news