“Рensandbooks”: Azərbaycan IV İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırdır

“Рensandbooks”: Azərbaycan IV İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırdır
18:03 25 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+

UNEC könüllüləri ilə görüş keçirilib (14 Aprel 2017 17:04)
"Qazprombank" Azərbaycan sahibkarlarına kömək etməyə hazırdır (13 Aprel 2017 11:22)
Millimiz İslam Oyunlarına Kamerunla start verəcək (06 Aprel 2017 22:34)


Qahirə, 25 dekabr, AZƏRTAC
Misirin nüfuzlu “Рensandbooks” nəşri AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin “Azərbaycan İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşır” sərlövhəli məqaləsini dərc edib. 2017-ci mayın 12-dən 22-dək Bakıda keçiriləcək Oyunlarda 57 islam ölkəsinin nümayəndələrinin və 5 mindən çox idmançının iştirakı gözlənilir.
Məqalədə qeyd olunur ki, bu ilin iyun ayında Bakıda ilk Avropa Oyunlarının uğurla keçirilməsindən sonra Azərbaycan IV İslam Həmrəylik Oyunlarını ən yüksək səviyyədə qəbul etməyə fəal surətdə hazırlaşır. Oyunların hələ il yarımdan sonra keçiriləcəyinə baxmayaraq, Azərbaycan artıq onu qəbul etməyə tam hazır olduğunu bildirir.
Müəllif yazır ki, İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi barədə qərar Ciddə şəhərində İslam Həmrəylik İdman Federasiyasının VIII hesabat-seçki Baş Assambleyasında yekdilliklə qəbul edilib. Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı əsasında Təşkilat Komitəsi yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Təşkilat Komitəsinin sədridir. Mehriban Əliyeva bundan əvvəl ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.
Məqalədə, həmçinin qeyd edilir ki, Təşkilat Komitəsinin birinci iclasında Azərbaycan Prezidenti İlham Əliyev ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan İslam aləminin bir hissəsidir. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Prezidentin sözlərinə görə, bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Prezident, həmçinin vurğulayıb ki, paytaxtın qonaqları Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir, dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan dövlətinin başçısı xüsusilə qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda “Formula-1”, Dünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlar keçiriləcək. Bu yarışların ölkəmizdə təşkili Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək.
Daha sonra məqalədə İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqindən sitat gətirilir. Azərbaycanın birinci xanımı bu Oyunların ən yüksək səviyyədə keçiriləcəyinə və Azərbaycan xalqının etimadını doğruldacağına əminliyini bildirib. O, xüsusilə vurğulayıb ki, Təşkilat Komitəsi ilk Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə qazanıb. İndiyədək keçirilən bütün tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini göstərib. İslam Həmrəylik Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Məqalədə İslam Həmrəylik İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri haqqında da məlumat verilir. Diqqətə çatdırılır ki, o, Azərbaycan Prezidenti ilə görüşündə Azərbaycanda gedən böyük inkişaf proseslərinin, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığının şahidi olduğunu bildirib. O, Azərbaycanın İslam Həmrəylik Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.
Məqalədə, həmçinin noyabrın 4-də Bakıda İslam Həmrəylik İdman Federasiyasının (ISSF) IX Baş Assambleyasının keçirilməsi haqqında geniş məlumat verilir. Qeyd olunur ki, tədbirdə 40-dan çox ölkənin təxminən 90 nümayəndəsi, o cümlədən Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin baş katibi Şahzadə Abdulhakim Bin Mosaad Bin Əbdüləziz Əl Səud iştirak edib.
ISSF-in vitse-prezidenti Hamad Kalkaba Malboum bildirib ki, ISSF Azərbaycan hökumətinin 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı mövqeyini, Azərbaycanın bu qurumda fəal iştirakını yüksək qiymətləndirir. Bu, Azərbaycanın idman ölkəsi olduğunu və dünyada həmrəylik təbliğ etdiyini göstərir.
Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan islam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin inkişafına həmişə böyük töhfə verib. Xüsusilə qeyd edilir ki, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” olub. 2018-ci ildə isə Azərbaycanın qədim Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” olacaq.
Məqalənin geniş mətnini aşağıda qeyd edilən linkdən oxumaq mümkündür.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ABŞ Ukraynaya maliyyə yardımını azaldır

25 Aprel 2017 06:44

İspan gözəlin FOTOları

25 Aprel 2017 06:32

Dünya üzrə metronun qəribə sərnişinləri - FOTOLAR

25 Aprel 2017 06:28

ABŞ-da təyyarə qəzası: ölən və yaralanan var

25 Aprel 2017 06:09

Cici və Mert - FOTO

25 Aprel 2017 05:37

Cüdoçularımız vətənə qayıtdı - 5 medalla

25 Aprel 2017 05:28

Goranboyda 4 otaqlı ev yandı

25 Aprel 2017 05:04

Sorğu: Fransada seçkilərdə Makron qalib gələcək

25 Aprel 2017 04:44

Jozefin olduğu kimi - FOTO

25 Aprel 2017 04:32

ABŞ-da atışma - 2 yaralı

25 Aprel 2017 04:28

Almatıda metroda bomba həyəcanı

25 Aprel 2017 03:49

İranda 593 məhbus əfv edildi

25 Aprel 2017 03:33

Məşhur filmdəki otaq yenidən yaradıldı - FOTO

25 Aprel 2017 03:32

Azərbaycanlı "Eurovision" fanları İtaliya dedi -

25 Aprel 2017 03:25

Masazır dairəsində "KamAZ"la "Opel" toqquşdu

25 Aprel 2017 02:48

"Çelsi" "Mançester Yunayted"in transfer hədəfinə elçi düşüb -

25 Aprel 2017 02:36

58 yaşlı aktrisa romantik obrazda - FOTO

25 Aprel 2017 02:32

Çilidə DƏHŞƏTLİ ZƏLZƏLƏ - 7,1 bal

25 Aprel 2017 02:23

Avropa çempionları Bakıya döndü

25 Aprel 2017 02:19

Çilidə 7,1 ballıq zəlzələ

25 Aprel 2017 02:09

YENİ KƏŞF - Saçı analiz edib, xəstəliklərdən xəbər verəcəklər

25 Aprel 2017 02:03

Məhkəmə Mursi tərəfdarları barəsində ölüm hökmü çıxardı

25 Aprel 2017 01:54

Türkiyə Trampın “soyqırım” bəyanatına cavab verdi

25 Aprel 2017 01:49

Apteklərdə "Rivanol" tozu yoxa çıxıb -

25 Aprel 2017 01:38

Kvebekdə rahat ev - FOTO

25 Aprel 2017 01:32

Mursinin 20 tərəfdarı barəsində ölüm hökmü çıxarıldı

25 Aprel 2017 01:28

ABŞ Suriyaya qarşı sanksiyaları artırır -

25 Aprel 2017 01:12

Sərxoşun dalğalarla rəqsi - VİDEO

25 Aprel 2017 01:03

Əfqanıstanda partlayış:

25 Aprel 2017 00:57

ABŞ Suriyaya qarşı sanksiyaları genişləndirdi

25 Aprel 2017 00:49

ABŞ-dan Suriya alimlərinə sanksiya

25 Aprel 2017 00:38

Dünya ŞOKDA:

25 Aprel 2017 00:27

Abşeron rayonunda “KamAZ”-la “Opel” toqquşdu: 2 yaralı

25 Aprel 2017 00:19

Tramp Marsa uçuş planını açqladı: “Ən pis halda...”

25 Aprel 2017 00:18

Ətirli otun ŞƏFAVERİCİ GÜCÜ

25 Aprel 2017 00:05

Günün qoroskopu: işlərin gedişatına xeyirlidir

25 Aprel 2017 00:05

Astroloji proqnoz - 25 aprel

25 Aprel 2017 00:03

Bu fotolara 3 milyon baxdı

24 Aprel 2017 23:57

"Çelsi"dən futbolçuya 65 milyon avro

24 Aprel 2017 23:57

Qəbələyə nam salan 6 yaşlı pəhləvan - FOTO/VİDEO

24 Aprel 2017 23:53

"Ondan daha yaxşısı yalnız Messidir"

24 Aprel 2017 23:52

Premyer Liqa:

24 Aprel 2017 23:52

Bir vaxtın məşhur modeli kəndə köçüb - FOTO

24 Aprel 2017 23:47

"Belə hisslər yaşamamışdım"

24 Aprel 2017 23:47

Hepatit B və C ilə bağlı QORXUNC STATİSTİKA

24 Aprel 2017 23:47

Rusiya XİN Dilqəm Əsgərovla bağlı sorğunu cavablandırdı

24 Aprel 2017 23:44

Bir aya saçları uzadan MASKA

24 Aprel 2017 23:42

"Mbappe Anelka və Ronaldu arasında seçim etməlidir"

24 Aprel 2017 23:42

Ölü arılardan SAĞLAMLIQ CÖVHƏRİ

24 Aprel 2017 23:42

19 yaşlı “KEDİCİK” rəqsiylə digərlərini kölgədə qoydu - VİDEO

24 Aprel 2017 23:38