Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Sahibkarlığın inkişafına dəstəyin artırılması ilə bağlı daha bir seminar baş tutub

Sahibkarlığın inkişafına dəstəyin artırılması ilə bağlı daha bir seminar baş tutub

Date: 25 December 2015 18:03


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Dünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusunda seminarın 2-ci mərhələsi keçirilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, seminarda Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov sahibkarliğin inkişafına dəstəyin daha da artırılması, ölkəmizdə sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi istiqamətində gömrük orqanlarının atdığı addımlar barədə məlumat verib.
Seminar çərçivəsində Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarələrinin əməkdaşları “Bəyanetmə proseduru. Gömrük Bəyannamələrinin verilməsi prosesində tətbiq edilən sadələşdirmələr”, “Gömrük ödənişlərinin hesablanması, tətbiqi və ödənilməsi prosesi”, “Gömrük əməliyyatı və prosedurları”, “Gömrük sərhəd prosedurlarının sadələşdirilməsi” və digər mövzularda sahibkarları məlumatlandırıb, onları maraqlandıran suallara ətraflı cavab veriblər.

Tags:  Sahibkarlığın inkişafına dəstəyin artırılması bağlı seminar baş tutub



RƏYLƏR


Top news