Bakı, 25 dekabr, AZƏRTAC
Rusiyada yaşayan azərbaycanlı rejissor Mikayıl Mikayılovun ekranlaşdırdığı “Fenomen” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Nuridə Qurbanovanın həyatından bəhs edən filmin təqdimatı Moskva şəhərində baş tutub.
Təqdimat mərasimində həmyerlilərimizlə yanaşı, Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak edib. Filmin ssenari müəllifi, həm də baş qəhrəmanı Nuridə Qurbanovanın özüdür.
Tədbirdə iştirak edən qonaqlar Nuridə Qurbanovanın uğurlu fəaliyyətindən danışıblar.
Qeyd edək ki, film-kaleydoskop bir neçə gün öncə ilk dəfə olaraq "Stalker" beynəlxalq film festivalında nümayiş olunub.