Amerikalılar Milad bayramını qeyd edirlər

Amerikalılar Milad bayramını qeyd edirlər
18:18 25 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də katolik dünyasında olduğu kimi ABŞ-da da Milad bayramı qeyd edilir. Bu gün istirahət günü sayılır, ailə bayramları və müxtəlif hədiyyələrlə müşayiət olunur. Bayram Miladın əsas atributları olan Santa Klaus və bəzənmiş yolka ilə assosiasiya edir.
ABŞ-da evin təkcə içərisini deyil, bayırını da bəzəyirlər. Evdə hər şey bəzədilmiş yolka kimi çıraqban olur. Şəhərlərin küçələri elə işıqlandırılır ki, pəncərədən baxanda gecə olduğuna inanmaq olmur. Evlərin qarşısında işıq saçan fiqurlar qoyulur. Ağaclar, kollar gülbəndlərlə bəzədilir. Evlərin və mağazaların sahibləri giriş qapılarının qarşısında bəzədilmiş Qar adamlar qoyurlar, qapılardan isə yolka çələngləri asılır.
Evlərdə bayram adətən dekabrın 24-dən 25-nə keçən gecə kilsədən gəldikdən sonra başlanır. Amerikalılar erkən səhər yeməyinə toplaşırlar. Onların çoxu valideynlərinin evlərində toplaşır. Səhər hamı bir-birinə hədiyyə verir və Milad bayramı münasibətilə xoş arzularını bildirir. Bayram gün ərzində qeyd edilir. Hazırda milad yeməkləri vacib olmasa da, Amerika ailələrinin çoxunda içi doldurulmuş hind toyuğu bişirilir.
Milada bir neçə həftə qalmış amerikalılar çoxsaylı alış-veriş edirlər. Milad mövsümü il ərzində ən böyük iqtisadi stimul hesab olunur. Məsələn, 2013-cü ilin sonunda bayram mövsümündə pərakəndə satış 3 trilyon dollar məbləğində olub. Bu, ilboyu pərakəndə satışın 19,2 faizini təşkil edib. ABŞ üzrə 768 min adam mağazalarda alıcı kütlələrinə xidmət göstərmək üçün işə cəlb edilib. Qeyd etmək lazımdır ki, təkcə bayram yolkasının alınmasına 1,16 milyard dollar xərclənilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amerikalilar_Milad_bayramini_qeyd_edirler-914450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR