Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni fakültələr yaradılır

Date: 25 December 2015 18:33


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyi sistemindəki xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulur.
Sərəncamda Nazirlər Kabinetinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Tags:  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni fakültələr yaradılır


RƏYLƏR


Top news