Uşaq musiqi məktəblərinin şagirdləri musiqili-intellektual oyunda qüvvələrini sınayıblar

Uşaq musiqi məktəblərinin şagirdləri musiqili-intellektual oyunda qüvvələrini sınayıblar
20:53 25 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 25 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Lira” musiqili-intellektual oyunu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, oyunda Bəhruz Kəngərli adına Şərur şəhər incəsənət, Culfa şəhər, Babək və Şahbuz rayon uşaq musiqi məktəblərinin şagirdləri iştirak ediblər. Musiqili-intellektual oyunun məqsədi şagirdlərin musiqi haqqında dünyagörüşünü genişləndirmək, xalqımızın görkəmli bəstəkarlarının həyat və yaradıcılığını təbliğ etmək, zəngin musiqi irsimiz haqqında təsəvvürlərini genişləndirmək idi.
Əvvəlcə iştirakçılara oyunun şərtləri haqqında məlumat verib. Bildirilib ki, oyun hər biri 5 nəfərdən ibarət olan 4 komanda arasında keçiriləcək və 3 turdan ibarət olacaq. Hər bir turda komandalara musiqi ilə bağlı suallar veriləcək.
Oyun başlandıqdan sonra iştirakçılara böyük Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı, Niyazi haqqında musiqi əsərlərini dinləmə yolu ilə təyinetmə formatında, ümumi musiqi dünyagörüşü haqqında suallar verilib.
Sonda birinci yerə layiq görülən Babək rayon Uşaq Musiqi Məktəbinin “Harmoniya” komandasına diplom təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Usaq_musiqi_mekteblerinin_sagirdleri_musiqili_intellektual_oyunda_quvvelerini_sinayiblar-914524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR