Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İşğalçı dövlətə sanksiya” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib

Date: 25 December 2015 21:33


Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “İşğalçı dövlətə sanksiya” layihənin icrasının yekunlarına dair mətbuat konfransı təşkil olunub.
İctimai Birliyin sədri Rəsmiyyə Babayeva layihə çərçivəsində görülən işlərdən danışıb. Bildirib ki, İctimai Birlik layihə çərçivəsində bir sıra ölkələrdə Azərbaycan həqiqətləri – torpaqlarımızın işğalı, xalqımıza qarşı törədilən soyqırımı, erməni terrorizmi, xüsusilə əsir və itkin düşmüş, girov götürülmüş insanların taleyi barədə informasiyaların yayılması istiqamətində bir sıra aksiyalar həyata keçirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif xarici ölkələrdə alman və ingilis dillərində nəşr edilmiş kitablardan ibarət “Dağlıq Qarabağ guşəsi” sərgisi nümayiş etdirilib. Həyata keçirilən bir sıra aksiyalarda İctimai Birliyin əcnəbi müəlliflərin alman və ingilis dillərində yazdıqları kitablar sakinlərə paylanıb və anket sorğuları keçirilib. Birliyin sədri gələn il bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib.

Tags:  İşğalçı dövlətə sanksiya layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib


RƏYLƏR


Top news