Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Britaniya şahzadələrinin toy tortunun bir dilimi 1375 dollara satılıb

Britaniya şahzadələrinin toy tortunun bir dilimi 1375 dollara satılıb

Date: 25 December 2015 22:08


Bakı, 25 dekabr, AZƏRTAC 
Uels şahzadəsi Diana və şahzadə Çarlzın 1981-ci ildə baş tutan toy mərasimdə kəsdikləri tortun bir parçası qablaşdırılaraq saxlanılmışdı.
AZƏRTAC ABŞ-ın bizpacreview.com saytına istinadla xəbər verir ki, kral ailəsinə məxsus həmin tort dilimi 34 ildən sonra hərracda 1375 ABŞ dollarına satılıb. Qutunun üzərində gümüşü həriflərlə şahzadə Çarlzın və Diananın adlarının baş hərifləri “CD/ Bukinhem sarayı/29 iyul 1981” yazılıb.
Şahzadə Uilyam və Keyt Midltonun 2011-ci il aprelin 29-da olmuş toyunun tort dilimi isə 2013-cü ildə hərracda 4 min ABŞ dollarına satılmışdı.

Tags:  Britaniya şahzadələrinin toy tortunun dilimi 1375 dollara satılıb


RƏYLƏR


Top news