İlin ən gülməli siyasətçiləri

İlin ən gülməli siyasətçiləri
23:56 25 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Moda dünyasında yeni dəb - Zövqlü, iyrənc, yoxsa gülməli? (24 Aprel 2017 21:12)

Son günlərini keçirən 2015-ci il bir çox siyasi kuryoz hadisələrlə yadda qalıb. Başa vurmağda olduğumuz il ərzində ən ciddi siyasi görüşlərdə, konfranslarda, iclas və ya mərasimlərində illər boyu yaddan çıxmayacaq gülməli anlar yaşanıb. Siyasət nə qədər ciddi sahə olsada burda daim yumoristik anlar yaşanır.

Dövlət tədbirində yuxuluyanlar, çaşanlar, aşanlar,mahnı oxuyan, rəqs edən və hər cür ağıla gəlməyənlər onların başına gəlib. Hamımızın düşə biləcəyi əcaib durumlar onların da başına gəlir. ANS PRESS bu il dünya siyasətində yadda qalan bəzi kuryoz hadisələri yada salır. 2015-ci ildə bir çox gülməli, maraqlı, düşündürücü və yaddaqalan hadisələr yaşanıb.

Yatmağı çox sevən Rusiya baş naziri Dmitri Medvedev bu ildə iclas zamanı mürgüləməsi ilə yadda qalıb. Rus hökumətinin Krımda keçirilən toplantısı zamanı Medvedev yatan vəziyyətdə kameralara tuş gəlib. Bu, Medvedevin başına gələn ilk hal deyil. Baş naziri bir neçə dəfə rəsmi mərasimlər zamanı yuxuya gedib.


Dmitri Medvedev - Rusiya baş naziri

Əlcəzairdə danışıqlar zamanı Fransanın Xarici İşlər Nazirliyinin başçısı Loran Fabiusun yatma kadrları fransız internet-istifadəçilərinin arasında məşhurlaşıb. Sosial şəbəkələrdə baxılma rekordu qıran "Ennaxar-TV" telekanalının çəkdiyi kadrlarda danışıqlar zamanı əlcəzair məmurlar arasında olan Loran Fabius əvvəlcə yuxuyla mübarizə aparır, amma sonra yenə də stulda oturaraq yatır. Fabius görüşün sonunda oyanır və iştirakçılara baxaraq gülümsəyir.Fransanın L'Express jurnalı xatırladıb ki, bu hərəkət 68 yaşlı Fabiusun karyerasında birinci belə hadisə deyil.



Fabius Fransa prezidenti Fransua Ollandla Britaniya baş naziri Devid Kemeronun mətbuat konfransında qısa müddətə yatıb. Fabius 2012-ci ilin sonunda Ollandın təşkil etdiyi siyasi müşavirədə mürgüləyib. Nəticədə partiyadaşları ona "Yatan Fabius" ləqəbi veriblər.


Vitali Kliçko - Kiyev meri

Kiyevin yeni seçilən meri Vitali Kliçkonun andiçmə mərasimində maraqlı hadisə baş verib. Kliçko Ali Radanın iclasında çıxış etdikdən sonra vəzifə andını içmək yaddından çıxıb. Kliçko çıxış etidikdən sonra adi günlərdə olduğu kimi Ali Radanın tribunasını tərk edib. Amma sonra geri qayıdıb və vəzifə andını içib. Yeni seçilən merin bu unutqanlığı Rada deputatları arasında gülüşə səbəb olub.


Ali Radada baş verən dava

Bundan başqa, bu il deputatlar arasında bir çox dava dalaşlarla yadda qalıb.Ukraynanın Ali Radasında ölkənin baş naziri Arseni Yatsenyukun çıxışı zamanı “Blok Pyotr Poroşenko” (Pyotr Poroşenkonun bloku) və “Narodnı front” (Xalq cəbhəsi) partiyalarının deputatları arasında dava düşüb.Hökumətə etimadsızlıq layihəsi üzrə imza toplayan xalq deputatı Oleq Barna (“Blok Pyotr Poroşenko”) tribunaya baş nazirə bir dəstə qızılgül gətirib və onu qucağına alaraq tribunadan uzaqlaşdırmağa çalışıb. Deputatlar tribuna qarşısında dalaşıblar, baş nazirin çıxışı bir neçə dəqiqəlik kəsilib.



İsrailin baş naziri Benyamin Netanyahunun Kayya adlı iti, dini Hanuka bayramı tədbirində iki yüksək vəzifəli məmuru dişləyib. Kayyanın dişlədiyi şəxslərdən biri İsrail Xarici İşlər nazirinin müavininin həyat yoldaşı Ora Alon və “Likud” partiyasının deputatı Şaron Haskeldir. Dini mərasimdə şamların yandırılması zamanı qəflətən aqressivləşən it əvvəlcə deputatı dişləyib. Bundan xəbərsiz olan xanım hüquqşünas Alon itə yaxınlaşıb, ona toxunmaq istədikdə, Netanyahunun “Ondan uzaq dur dişləyər” deyə xəbərdarlıq etməsi ardından it onu da dişləyib. Hər iki şəxsə tibbi yardım göstərilib.Netanyahu ailəsi 10 yaşlı Kayyanı bu ilin iyul ayında alıb. Bu hadisə Kayyanın ilk hücumu deyil. Belə ki, bundan əvvəl o ABŞ-ın dövlət katibi Con Kerriyə də hücum edib.


Netanyahu iti Kayya ilə

İspaniyanı parlamentində ilin ən əhəmiyyətli iclaslarından biri qəbul edilən “Milli Dövlət Müzakirəsi”ndə iclasa sədrlik edən Celia Villalobo “iş” başında yaxalanıb. Villalobonun baş nazir çıxış edərkən planşetdə oyun oynadığı görüntülənib. Baş nazirin lideri olduğu Xalq Partiyasının önəmli şəxslərindən olan Selia Villalobo baş nazirin iqtisadi islahatlarla əlaqədar çıxışını dinləmək əvəzinə oyun oynamağı daha əhəmiyyəli hesab edib. Bu debatlar çərçivəsində Baş nazirin iqtisadi islahatlarla bağlı çıxışını dinləməkdənsə, spikeri əvəz etmiş S.Vilyalobosun oyun oynaması mobil telefonla çəkilib. Xanım siyasətçi M.Raxoyun lideri olduğu Xalq Partiyasının ən önəmli simalarından biridir. “Milli Dövlət Debatları” ildə bir dəfə keçirilir və bunu televiziya vasitəsilə milyonlarla insan izləyir.



Dünyanın ən cazibədar nazirlərindən olan Kanadanın baş naziri Castin Tryudo isə corabları ilə diqqət mərkəzinə düşə bilib. Tryudo Ottavada nazirlərin toplantısında üzərində yarpaqlar əks olunmuş qırmızı corab geyinib. Corabların bu qədər maraq oyatmasına səbəb isə onun Kanada bayrağına oxşarlığı olub. Rəngi və bəzəyi ilə kameraların obyektivindən yayınmayan corablar növbəti dəfə Kanada baş naziri müzakirə mövzusuna çevirib.


Kanada baş nazirinin corabları

44 yaşlı Castin Tryudo bundan əvvəl Hindistan-Kanada assosiyasiyasının şənliyində hindli rəqqasələrlə rəqsi onu sosial şəbəkədə məşhurlaşdırıb.Kanadanın tarixində Co Klarkdan sonra ikinci ən cavan baş nazir olan Tryudo Monrealda keçirilən tədbirdə Hindistanın milli geyimini geyinərək rəqs edib.


Castin Tryudonun hind rəqsi

Bundan öncə o qatıldığı G-20 sammitində ən çox diqqətçəkən şəxs olmuşdu. Belə ki, Antaliyada keçirilən sammitdə ən çox selfi çəkdirilən şəxs olmuşdu. Kanadanın 15-ci baş naziri Pyer Elliot Tryudonun oğlu olan Castin Tryudo Kanadanın Liberal Partiyasının lideridir. 2015-ci ildə Kanadada keçirilən parlament seçkilərində partiyanın qalib gəlməsi ilə Castin Tryudo da bu il noyabrın 4-dən bu vəzifəni tutur.


Yuliya Timoşenko ad günündə

55 yaşı münasibətilə keçirilən əyləncə gecəsində Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko qəribə geyimi ilə hamını təəcübləndirib.Sabiq baş nazir mərasimdə qonaqlar qarşısına saçı dağınıq və kifayət qədər açıq-saçıq donda çıxıb. Ukraynanın keçmiş baş nazirinin şəkilini “Facebook” səhifəsində yayan jurnalistlər qadın siyasətçini yaşına uyğun geyimdə olmadığını istehza ilə qeyd ediblər. Timoşenkonun geyimi həmçinin sosial şəbəkə iştirakçıları tərəfindən qızğın müzakirə olunub.


Yuliya Timoşenko

Ukrayna baş naziri Arseni Yatsenyuk “Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonu seksual zorakılıqda ittiham etmişdi. Yatsenyuk fransalı jurnalistlərə Ali Radadakı fraksiya rəhbərləri ilə normal münasibətlərdə olduğunu, yalnız “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko ilə yola getmədiyini bildirmişdi. Yatsenyuk Timoşenkonun ona dəfələrlə intim təkliflər etdiyini qeyd edib. “2014-cü ilin əvvəllərindən başlayaraq Yuliya Timoşenko dəfələrlə mənə intim əlaqəyə girməyimizi təklif edib. Mən evli olduğumdan buna heç vaxt razı ola bilməzdim”, deyə Yatsenyuk bildirib.Yatsenyuk həmçinin Timoşenkonu “seksual yırtıcı” adlandıraraq ondan uzaq gəzdiyini deyib: “O, hər dəfə məni görən kimi yenidən intim təkliflər etməyə başlayır. Ondan dəfələrlə sərt formada buna son qoymasını desəm də, nəticəsi yoxdur”.


Əhməd Davudoğlu xanımı ilə birlikdə

Türkiyə baş naziri Əhməd Davudoğlunun həyat yoldaşı özündən gedən mühafizəçiyə kömək edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu xanımı ilə birlikdə BMT-nin qadına şiddətlə bağlı toplantısına qatılıb.Davudoğlu səhnədə çıxış etdiyi zaman qadın mühafizəçi polislərdən birinin vəziyyəti pisləşib. O, huşu itirərək yerə yıxılıb. Mühafizəçinin köməyinə ilk çatan isə Davudoğlunun ixtisasca həkim olan həyat yoldaşı olub. Sare Davudoğlu ilkin tibbi yardım göstərib. Daha sonra hadisə yerinə həkim gəlib və səhhəti pisləşən qadına kömək edib. Ə.Davutoğlu da çıxışı başa çatan kimi qadının yanına gedərək onun səhhəti ilə maraqlanıb. Qadın polisin təzyiqinin düşdüyü üçün huşunu itirdiyi bəlli olub.



Balkan yarımadasıda yerləşən ölkələrin liderləri Avstiryanın paytaxtı Vyanada futbol yarışında üz-üzə gəliblər. Liderlər 2 gün müddətində keçiriləcək yarımada ölkələrinin sammiti çərçivəsində yaşıl meydanda güclərini sınayıblar. Avropa Birliyinə üzv ölkələrlə birliyə üzv olmağa namizəd ölkələrin hökumət başçıları arasında keçirilən oyunu Birliyin Genişlənməsi və Qonşuluq siyasəti üzrə komisiyasının rəhbərləridən biri İohannes Han idarə edib. Serbiyanin baş naziri Alexaner Vuçiç, Albaniyanın baş naziri Edi Rama, Makidoniyanın baş naziri Nikolla Gruevski, Kosovonun baş naziri Həşim Thaç, Sloveniyanın baş naziri Miro Cerar və digər avropalı ölkə rəhbərləri 90 dəqiqə siyasi arenada yox, yaşıl meydanlarda biri-birlərinə rəqib olublar. Avropa Birliyinə namizəd ölkələrin qalib gəldiyi oyun 4-2 hesabı ilə başa çatıb.


Liderlər futbol oynayarkən

Türkiyədə Ünal Benlialper adlı vətəndaş baş nazir Əhməd Davudoğluna polis əməkdaşlarının "əlavə göstəricilərini" dilə gətirən 136 metr uzunluğunda məktub yazıb. Polisin yaşadığı çətinliklərlə maraqlanan şəxsin qələmə aldığı məktub 430 səhifədən ibarətdir. Məktubu yazan şəxs onu baş nazirliyin İzmir şöbəsinin binasına təhvil verib. Ü. Benlialperin bu məktubuna görə, "Ginnesin rekordlar kitabı"-na düşəcəyi gözlənilir. Bundan iki il əvvəl də polislərin çəkdiyi əziyyəti hazırki prezident Rəcəb Tayyib Ərdoğana çatdırmaq üçün belə bir yola əl atan kişinin həmin vaxt yazdığı məktub 215 səhifə idi ki, uzunluğu 75 metr olaraq qeydə alınmışdı. O, məktubu idarəyə verməmişdən qabaq onu parkda insanlara sərgiləyib. Sərgi bitəndə isə vətəndaş 136 metr uzunluğunda məktubu bir yerə yığmaq üçün sahibinə kömək edib.



Sosial şəbəkədə Odessa qubernatoru Mixail Saakaşvilinin Ukrayna daxili işlər naziri Arsen Avakovla arasında yaranan münaqişənin videosu yayılıb. Milli islahatlar şurasının iclası zamanı baş verən olay zamanı nazir qubernatorun üzünə su atıb.


Hadisə baş verən an

Sosial şəbəkələrdə Qazaxıstanın baş naziri Kərim Məsimovun Bob Tiel və Corc Vaysın “What a Wonderful World” mahnısını ifa etməsinin videosu yayılıb. “What a Wonderful World cover Məsimov” adlı videoda, Qazaxıstanın hökümət başçısı bu mahnını ev şəraitində ifa edir.



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ehtiyatsız davranma baha başa gələ bilər

30 May 2017 16:50

Güzəştli mənzillər üçün müraciət asanlaşdı

30 May 2017 16:48

Ukraynalı qızların heç yerdə görmədiyiniz FOTOLARI

30 May 2017 16:48

Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına başlanıb

30 May 2017 16:47

Gözəl Bayramlının evlərində axtarış aparılıb

30 May 2017 16:44

Moldovanın baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılmasının səbəbini açıqlayıb

30 May 2017 16:42

Masonların iki əsrlik planına qarşı: Yeni prezident SÖZ VERDİ

30 May 2017 16:38

Hesablama Palatası: Birdəfəlik təyinatlı xərclər üzrə hesabatlılıq sistemi təkmilləşdirilməlidir

30 May 2017 16:37

“SOCAR Petroleum”:“Yanacaq növlərinin keyfiyyətinə səlahiyyətli dövlət qurumlarının laboratoriya sınaqları vasitəsilə nəzarət olunur”

30 May 2017 16:37

Güzəştli Mənzil Sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başlayıb

30 May 2017 16:36

RƏY: Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların hesabatlılıq səviyyəsinin yüksəldilməsinə ehtiyac var

30 May 2017 16:36

Avropa çempionu özünü 10-cu mərtəbədən atdı

30 May 2017 16:36

Yeni virus “Android” sistemli 36,5 milyon qurğunu yoluxdurub

30 May 2017 16:35

“Ağıllı” soyuducu təqdim olunub

30 May 2017 16:35

Əgər belə yatır və bu yuxuları görürsüzsə, deməli…

30 May 2017 16:33

SOCAR ittihamlara CAVAB VERDİ: "Yanacağın kəsilməsindən söhbət gedə bilməz"

30 May 2017 16:32

Avstraliyanın cənubunda baş verən təyyarə qəzasında 3 nəfər həlak olub

30 May 2017 16:32

"Barselona" bu futbolçusuna qiymət qoydu - 180 milyon

30 May 2017 16:27

Danimarkalılar milli geyimlərimizə heyran qaldılar - VİDEO - FOTO

30 May 2017 16:27

Paltarı cırıldı elə bir yeri göründü ki... - Rüsvayçı FOTOLAR

30 May 2017 16:23

"Satmaq istədim, vəsiqəm olmadı" - Qadına qarşı soyğunçuluq edənlər saxlanılıblar - VİDEO - FOTO

30 May 2017 16:22

Anası Lapşinlə görüşdü

30 May 2017 16:22

“Report” jurnalistlər binasındakı mənzillərin bölgüsündə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclas keçirib

30 May 2017 16:22

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

30 May 2017 16:22

"Bir karobka çıxdı, dedim bir kisə də maşında var" - Narkotik istifadəçisi saxlanıldı - VİDEO - FOTO

30 May 2017 16:22

Bu geyimdə avtomobilə mindi

30 May 2017 16:22

Bakıda uşaq bağçasında vəhşi heyvan QORXUSU

30 May 2017 16:19

Azərbaycanın bölgələri üzrə İMSAK VƏ İFTAR VAXTI

30 May 2017 16:17

Əbülfəs Qarayevdən XƏBƏRDARLIQ: İslahatlar davam etdiriləcək

30 May 2017 16:15

Avstraliyada təyyarə QƏZASI - Ölənlər var

30 May 2017 16:15

Astarada 24 yaşlı gənc bıçaqlandı

30 May 2017 16:12

"Sberbank" 45 min işçisini ixtisar edəcək

30 May 2017 16:12

İlhamə Quliyevanın bu videosu izlənmə rekordu qırır

30 May 2017 16:12

® “Nar”dan məktəblərə növbəti dəstək - FOTO

30 May 2017 16:09

DSX və Baş Prokurorluq Gözəl Bayramlının həbsi ilə bağlı birgə məlumat yayıb

30 May 2017 16:07

“ABC Telecom”a lisenziyasız proqram təminatının satışına qadağa qoyulub

30 May 2017 16:07

İş üçün müraciət edən qadını zorladı, qaçıb gizləndi

30 May 2017 16:05

Oksanadan cazibədar FOTOlar

30 May 2017 16:05

Yeni 3D inşaat maşını: 24 saata 37 kvadratmetrlik ev inşa etdi - FOTOLAR

30 May 2017 16:03

ATƏT-in Yerevandakı ofisinin bağlanmasına Baş katibdən MÜNASİBƏT

30 May 2017 16:01

“Nar” "İslam Həmrəyliyi İli"nə həsr olunmuş intellektual oyun üzrə regional məktəb çempionatına dəstək olub

30 May 2017 16:01

Məcburi köçkünlərə "pul atan" qadına 9 İL HƏBS

30 May 2017 15:59

Astarada məkltəbli kafedə ofisiantı bıçaqlayıb

30 May 2017 15:57

Donald Trampın daha bir yüksək vəzifəli işçisi istefa verib

30 May 2017 15:57

ADU-da xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş elmi sessiya keçirilib

30 May 2017 15:57

Gürcüstanda ÜDM yanvar-aprel aylarında 4,2% artıb

30 May 2017 15:57

"Accessbank" yeni kampaniyaya başlayıb

30 May 2017 15:57

Lapşinin anası Bakıda oğlu ilə görüşdü

30 May 2017 15:55

ADNSU və “AzerGold” QSC elmi-texniki inkişaf üçün əməkdaşlığa başlayıb

30 May 2017 15:55

"Keyxanım" avtomobili ilə GÖRÜNTÜLƏNDİ

30 May 2017 15:54