Papa katolikləri özlərini yenidən kəşf etməyə çağırıb (VİDEO)

Papa katolikləri özlərini yenidən kəşf etməyə çağırıb (VİDEO)
03:01 26 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilə 6 gün qalıb. Katolik xristianları isə artıq Milad bayramını qeyd ediblər.

ANS TV-nin mlumatına görə, bayramla əlaqədar Vatikan şəhərində müqəddəs Pyotr Bazilikasında mərasim baş tutub. Roma papası Fransisk bir sıra dini ayinlər icra edib. Mərasimə 10 min insan qatılıb.

Pontifik bayramla əlaqədar çıxışında 1,2 milyard katolikə səslənərək bildirib ki, var-dövlət və dəbdəbəli həyat qəzəbilə “zəhərlənən” insanlar həyatın əsil dəyərlərinə geri qayıtmalıdırlar. Papa katolikləri özlərinin kim olduqlarını yenidən kəşf etməyə çağırıb.

Eyni zamanda, Fələstinin Vifleem şəhərində də bayramla əlaqədar tədbirlər keçirilib. Kilsədə baş tutan mərasimə Fələstin lideri Mahmud Abbas da qatılıb. Vifleem şəhəri İncilə görə İsa peyğəmbərin anadan olduğu yerdir.

İsrailin Nazaret şəhərində onlarla insan Milad bayramı paradında iştirak etmək üçün bir araya gəliblər. Milad ağacı ətrafında baş tutan tədbirdə musiqi qrupları və jonqlyorlar şou göstəriblər. Tədbirdə Miki və Mini maus uşaqların əyləncəsinə çevrilib.

Nazaret şəhəri xristian aləmində əziz şəhərlərdən hesab olunur. Bəzi tarixi mənbələrə görə, İsa peyğəmbər məhz bu şəhərdə böyüyüb.

Suriyanın paytaxtı Dəməşqdə də katoliklər bayramı qeyd ediblər. Bir qrup fəal Suriya münaqişəsində valideynlərini itirən 300 uşağa hədiyyələr paylayıblar.

Rusiya hökuməti bu ilin Milad ağacını Sovet İttifaqı dövrü tərzində qurub. Ağacın üzəri iri oyuncaqlar və işıqlarla bəzədilib.

Oyuncaqlar xüsusi olaraq sifarişlə hazırlanıb. Milad ağacı Kremlin Kilsə meydanında quraşdırılıb.

Dizayner Nataliya Prixodka bu il retro üsluba üstünlük verdiklərini deyib.

Pravoslav xristianları isə ümumiyyətlə Milad bayramını yanvarın 7-si qeyd edəcəklər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR