Suriyada "Ceyş əl İslam" qruplaşmasının lideri məhv edilib

Suriyada "Ceyş əl İslam" qruplaşmasının lideri məhv edilib
07:32 26 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 25-də Suriyada hava zərbəsi nəticəsində "Ceyş əl İslam" qruplaşmasının lideri Zəhran Əlvəş məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Al Mayadeen telekanalı xəbər verib.
 
Z.Əlvəşlə yanaşı 13 səhra komandiri və digər qruplaşmaların 7 hərbi rəhbəri məhv edilib, qruplaşma liderinin 2 müavini isə ağır yaralanıb.
 
Qeyd olunur ki, hava hücumu Otaya yaşayış məntəqəsində, qruplaşmanın operativ qərargahının iclası zamanı həyata keçirilib.
 
Xatırladaq ki, "Ceyş əl İslam" qruplaşması oktyabrda Rusiyaya qarşı müharibə elan etmişdi. Müharibənin elan edilməsinə əsas səbəb kimi rəsmi Moskvanın Bəşər Əsədi dəstəkləməsi göstərilirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR