Rabitə xətlərindəki qəzaların aradan qaldırılmasına maneçilik törədənlər sərt cəzalandırılacaqlar

Rabitə xətlərindəki qəzaların aradan qaldırılmasına maneçilik törədənlər sərt cəzalandırılacaqlar
09:37 26 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədənlər 1 000 manat məbləğində cərimə ediləcəklər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin 365-ci maddəsində öz əksini tapıb.

Qeyd olunur ki, dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə fiziki şəxslər 300 (hazırda 25 AZN-dən 35 AZN-dək), vəzifəli şəxslər isə 1 000 (hazırda 70 AZN-dən 90 AZN-dək) məbləğində cərimə ediləcək.

Xatırladaq ki, əvvəlki İnzibati Xətalar Məcəlləsində hüquqi şəxslərin də cəzalandırılması nəzərdə tutulurdu. Lakin yeni hazırlanan qanunda hüquqi şəxslər maddədən çıxarılıb. 

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR